8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Xankəndidəki ilk oyunun vaxtı məlum oldu: bütün detallar “Futbolxeber”də!

Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra Xankəndi şəhərində yerləşən stadionda keçiriləcək ilk oyunun vaxtı məlum olub.

Futbolxeber.az saytının əldə etdiyi məlumata görə, Xankəndidəki ilk matç dekabrın 21-də keçiriləcək. Bu məsələ artıq tam həll dəqiqləşib.

Həmin gün Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində “Qarabağ” meydana çıxacaq. Ağdam klubunun həmin matçdakı rəqibi MOİK - Ağdaş/Cəbrayıl cütünün qalibi arasında keçiriləcək oyundan sonra müəyyənləşəcək.

Görüşün CBC Sport kanalı vasitəsi ilə yayımlanacağı da dəqiqləşib. Bir neçə gün əvvəl kanalın əməkdaşları Xankəndi şəhər stadionunda olublar və canlı yayımla bağlı bütün lazımi təlimatları veriblər. Hələlik arenanın işıqlandırma sistemləri tam hazır olmadığından Azərbaycan Kubokunun 1/8 final oyunu gündüz saatlarında keçiriləcək. Qarşılaşmanın 14:00-da start götürəcəyi bildirilir.

Əlavə edək ki, hazırda Xankəndi şəhər stadionunda təmir işləri aparılır. Stadionun “qondarma rejim”in bayrağı ilə örtülü tribunaları sökülüb yeniləri ilə əvəzlənib. Arenanın ot örtüyünə, eləcə də paltardəyişmə otaqlarına, həmçinin media tribunasına da əl gəzdirilir.  

İBRAHİM

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30