8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Azərbaycan futbolunda son 7 mövsümün rekordu

Azərbaycan futbolunda son 7 mövsümün rekordu qeydə alınıb.

Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, bu, II Liqanın 10-cu turuna təsadüf edib.

“Dinamo”nu qəbul edən “Şahdağ Qusar” qonaqların qapısından 9 cavabsız top keçirib. Bu, son 7 mövsümdə PFL-in bayrağı altında keçirilən bütün yarışların ən böyükhesablı nəticəsidir.

Ən azı 9 top fərqli qələbə sonuncu dəfə 2016/17 mövsümündə qeydə alınmışdı. Təxminən 7 il, yəni 2554 gün əvvəl - 2016-cı il noyabrın 8-də I divizionda mübarizə aparan “Zaqatala” “Energetik”ə daha böyük fərqlə qalib gəlib - 10:0.

Qeyd edək ki, bir oyunda 9 qolun vurulmasına cari çempionatda ikinci dəfə təsadüf olunub. 2-ci Liqada “Kür-Araz” “Kürmük Qax”ı 6:3 hesabı ilə məğlub edib. Bir komandanın ən azı 9 qol vurması isə son dəfə 2017/18 mövsümündə əvəzedicilər liqasında gerçəkləşib. “Qəbələ-2” “Sumqayıt-2”yə 9:1 hesabı ilə qalib gəlib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30