Ölkə futbolu
Təmkin Xəlilzadə: “Dünya çempionatında xalqımız üçün döyüşürdük”
Dünya çempionatında dördüncü yeri tutan minifutbol millimizin üzvü Təmkin Xəlilzadənin Futbolxeber.az saytına müsahibəsi
- Azərbaycan millisinin dünya çempionatındakı çıxışını necə qiymətləndirirsiz?
- Bu turnirə çox ciddi hazırlaşmışdıq. Bizim üçün vacib yarış idi. Qarşımıza qoyduğumuz ilk məqsəd qrupdan çıxmaq idi. Bu mərhələni maksimum nəticə ilə başa vurduq. Pley-off mərhələsində Portuqaliya və Bolqarıstanı mübarizədən kənarlaşdırdıq. Yarımfinalda Qazaxıstanla üz-üzə gəldik. Bu, finala bərabər oyun idi. Qazaxıstan güclü rəqibdir. Onlar yarımfinala qədər son dünya çempionu Meksika millisini, favoritlərdən olan Çexiya millisini mübarizədən kənarlaşdırmışdılar. İlk hissədə hesabı açsaq da, üstünlüyümüzü qoruya bilmədik.
- Yarımfinaldakı məğlubiyyətdən sonra bürünc medal uğrunda görüşə köklənmək nə dəcərədə çətin oldu?
- Həqiqətən də oyuna hazırlaşmaq çox çətin idi. Düzdür, həmin matçda da əlimizdən gələni etdik. Lakin təəssüf ki, uduzduq. Qol imkanlarından istifadə edə bilmədik.
- Son 2 məğlubiyyətə baxmayaraq, ilk dəfə qatıldığımız dünya çempionatında IV yer heç də pis nəticə deyil.
- Əlbəttə. Dördüncü yer yaxşı nəticədir. Sadəcə yarımfinala kimi irələdikdən sonra daha yüksək nəticə qazanmağı hədəfləyirdik. Təəssüf ki, alınmadı.
- Turnir boyu hər kəs millinin çıxışı ilə maraqlanır, komandaya böyük dəstək verirdi. Bu məqam çıxışınıza müsbət təsir göstərirdi?
- Azərbaycandan bizə çoxsaylı dəstək mesajları gəlirdi. Xalqımız qələbələrimizlə sevinir, bizi izləyirdilər. Onlar oyunumuzdan ləzzət alırdılar. Biz də xalqımız üçün döyüşürdük. Hər birimiz onları çempionluqla sevindirmək istəyirdik. Təəssüf ki, alınmadı.
- Millimiz Qazaxıstanı Avropa çempionatında məğlub etmişdi. Necə düşünürsüz, bu dəfə qələbə üçün nə çatışmadı?
- Bu, futboldur. Konkret səbəb gətirmək bir qədər çətindir. Bugün hər bir komanda digərinə qarşı mübarizə apara bilir. Qazaxıstanla matçda çox yaxşı şansımız var idi. Təəssüf ki, üstünlüyümüzü qoruya bilmədik. Azarkeşlərimizə demək istəyirəm ki, təəssüflənməsinlər. 6 ay sonra Avropa çempionatı başlayır. Həmin turnirə yüksək səviyyədə hazırlaşıb nəticə qazanacağıq.
- Siz özünüz ilk dəfə idi ki, bu cür mötəbər turnirdə ilk dəfə çıxış edirdiz. Dünya çempionatı peşəkar karyeranıza necə bir təcrübə qatdı?
- Xoş hisslər keçirirdim. Hər oyunda qələbə qazandıqca təbrik mesajları alırdıq, insanların, azarkeşlərin rəyləri oxuyurduq. Turnir gözəl xatirələrlə yadda qaldı. Məyusuq. Desək ki, məyus deyilik, yalan olar. Çünki finalın bir addımlığında məğlub olduq. Növbəti gün keçirdiyimiz oyunda medal qazanmaq şansı olsa da, orda da uduzduq. Nə qədər unutmağa çalışsaq da, belə bir turnirdə iştirak yaddan çıxmayacaq. Bu nəticə ilə kifayətlənmək olmaz.
Azad NURİYEV
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- 93 yaşlı klub tarixində ilk dəfə Türkiyə Superliqasında
-
15:44
Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas baş tutub
-
13:29
Azərbaycanın daha beş veteran cüdoçusu Avropa çempionatında medal qazanıb
-
12:33
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
-
12:17
Azərbaycan millisi Ermənistana qalib gəldi
-
12:08
Azərbaycanın gimnastları növbəti dəfə Dünya Kubokları seriyasının qalibi olublar
-
11:41
Azərbaycanın daha bir atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
11:16
“Araz-Naxçıvan”ın hazırlıq planı məlum oldu
-
09:52
Avro-2024: Türkiyə millisinin yekun heyəti açıqlandı
-
09:30
Millimiz Albaniyaya belə uduzdu VİDEO
-
23:36
Arif Əsədov: “Nəticədən yox, komandanın oyunundan razıyam”
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi