10 Iyun 2024, Bazar ertəsi
"Cəbrayıl" I Liqaya yaxınlaşdı
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də

Ölkə futbolu

Xabi Alonso: "Qarabağ" yaxşı komandadır"

“Qarabağ”ın yaxşı strukturu və təcrübəli futbolçuları var. Bu, oyuna maksimum ciddi yanaşmağımızı tələb edir. Bu oyun bizim üçün çox vacibdir. Biz meydana mütləq əsas heyətlə çıxacağıq".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Bayer Leverkuzen"in baş məşqçisi Xabi Alonso Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda sabah "Qarabağ"la qarşı keçirəcəkləri oyun üçün təşkil edilən mətbuat konfransında deyib.
 
İspaniyalı mütəxəssis qrupun qalibi olmağı hədəflədiklərini bildirib: "Əsas məqsəd sabahkı oyunda qələbə qazanmaqdır. Qələbə ilə qrupdan çıxmaq yolunda mühüm addım ata bilərik. Növbəti iki oyunda bunun açarı bizdə olacaq. Biz mümkün qədər tez irəliləmək istəyirik. Hər iki komandanın 6 xalı var. Bilirik ki, bu oyun bizim üçün nə qədər vacibdir. Qalib gələcəyimiz halda biz demək olar ki, qrupdan çıxacağıq".
 
Xabi Alonso sabahkı matçda rotasiyalara gedəcəyini istisna etməyib. 41 yaşlı mütəxəssis qarşıda komandanı üç ağır oyun gözlədiyini də söyləyib: "Amma ən ağır oyun sabahdır. Rəqibimiz yaxşı komandadır".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30