8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

“Mənim də, Bəhlulun da borcudur ki, bu komandaya kömək edək”

“Çətin oyun oldu. Axıra qədər qələbə qazanacağımıza inanırdım. Bu matça ciddi hazırlaşmışdıq. Hesabda geri olsaq da, hiss olunurdu ki, rəqibdən üstün oynayırıq”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri II Liqanın VIII turunda “Dinamo”nu 3:2 hesabı ilə məğlub etdikləri oyundan sonra “Kür Araz”ın baş məşqçisi Ələmdar Mustafayev deyib.

İmişli klubu dünən qələbə qazansa da, reqlamenti pozduğuna, meydan aadı protokolda olan futbolçu daxil etdiyinə görə texniki məğlubiyyətlə üzləşəcək.

Ə.Mustafayev texniki səhvə yol verdiklərini etiraf edib: “Bu, sırf texniki səhvdir. Ceyhun Quliyev komandanın daimi oyunçusudur. Matçdan öncə protokolu mən doldurmuram. Təəssüf ki, sənədləri yazan şəxs Ceyhunun adını ehtiyat oyunçular skamyasında qeyd etməyi unudub”.

“Kür Araz”ın baş məşqçisi “Dinamo” ilə matçda geridönüş etmələrininin bir səbəbi kimi ikinci hissədə meydana çıxan Cavid İmamverdiyevin inamlı oyununu göstərib: “Cavidin oyuna daxil olmasından sonra oyunumuzda ciddi dönüş oldu. Onun təcrübəsi, ustalığı komandaya böyük fayda verdi. Hücumların qurulmasında Cavidin köməkliyi çox böyük oldu”.

“Kür Araz”ın baş məşqçisi bir müddət əvvəl kluba köməklik göstərən oğlu, millimizin və “Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadənin jesti barədə çox danışmağa ehtiyac olmadığını vurğulayıb: “Bu məsələnin qabardılmasının tərəfdarı deyiləm. Bəzi hallarda bu məsələlərin reklam olunmasına görə mən özüm də utanıram. Köməkdi də... Mənim də, Bəhlulun da borcudur ki, komandaya kömək edək”.

Ələmdar Mustafayev oğlunun oyunu barədə sualı belə cavablandırıb: “Bəhlul övladımdır, ona görə də çox dərinə gedə bilmirəm (gülür). Təbii ki, bir çoxları kimi mən də onun oyununu bəyənirəm. Təəssüf ki, son zamanlar zədə səbəbindən bəzi vacib oyunları kənardan izləməli olur. Ümid edirəm ki, bundan sonra hər şey onun üçün daha yaxşı olacaq”.

Fərəc ASLANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30