8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Mohammed Kadiri: “Ayın ən yaxşı qolu? Niyə də yox?!”

“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Mohammed Kadirinin Futbolxeber.az saytına müsahibəsi

 

- “Qəbələ” üzərində qazanılan 4:1 hesablı qələbəni necə şərh edərdiz?

- Oyun başa-baş mübarizə şəraitində başladı. Startda hər iki tərəfin fərqlənmək üçün şansları 50-nin 50-yə idi. Oyun qırmızı vərəqədən sonra dəyişdi. Bundan sonra bizim qələbə qazanmaq üçün yaxşı imkanımız yarandı. Biz də bundan maksimum faydalandıq.

- İkinci qırmızı vərəqədən sonra isə oyunun taleyi tam həll olundu...

- Bəli, ikinci qırmızı vərəqədən sonra artıq oyun başa çatmış kimi görünürdü. Rəqib artıq 9 nəfərlə qalmışdı və bundan sonra oyun məşq xarakterli keçdi. Mənim üçün bu problem deyil. Çünki baş məşqçi bizə qırmızı vərəqələrdən sonra nə edəcəyimiz barəsində göstəriş verdi.

- Vurduğunuz baxımlı qol barədə nə deyə bilərsiz?

- Belə qollar vurmaq mənim bacarığımdan xəbər verir. Mən hər oyun fərqlənə bilərəm.

- Qol vuran zaman baş məşqçinin yanına getmənizin xüsusi bir səbəbi var idi?

- Bəli. Çünki o mənə demişdi ki, bu gün fərqlənəcəksən. Və mən də baş məşqçimiz üçün qol vurdum.

- Zərbə vurarkən qol olacağına neçə faiz inanırdız?

- Necə zərbə vurmaq lazım olduğunu bilirəm. Həmin epizodda da zərbəm qüvvətli alındı. Açığı, qol olacağına əmin deyildim. Fikir verdizsə, qolda sonra başımı tutdum (gülür). Belə zərbələr üzərində çox işləməyirəm. Növbəti oyunlarda da belə qollarla fərqlənmək istəyirəm.

- Səhv etmirəmsə, bu, peşəkar karyeranızda dördüncü qoldur. Düzdür?

- Doğrudur. Daha əvvəl yalnız Tula “Arsenal”ında oynayarkən 3 dəfə fərqlənmişəm. “Araz-Naxçıvan” karyeramda qol vurduğum ikinci qoldur.

- Yəqin xəbəriniz var ki, Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqasında ayın qolunu seçir. Avqustda da bu mükafatın ilk qalibi komanda yoldaşınız Turan Manafov oldu. Necə düşünürsüz, vurduğunuz qol oktyabrın ən yaxşı qolu seçilə bilər?

- Niyə də yox? (gülür) İnanıram ki, bu zərbəm ayın qolu seçiləcək. Baxımlı qol vurmuşam. Zərbə uzaqdan olduğu üçün qalib olmaq şansım yüksəkdir.

- Növbəti oyununuz "Qarabağ"a qarşı olacaq. İlk dövrədən fərqli olaraq Ağdam klubundan bu dəfə xal almaq mümkün olacaq?

- Hər oyun daha da yaxşısını etməyə çalışırıq. Qarşıdakı matçda da istisna olmayacaq. Hətta düşünürəm ki, qələbə qazanmaq üçün şansımız çoxdur. Bir tərəfdən "Qarabağ"ı yaxşı tanıyırıq. Digər tərəfdən də onlar avrokuboklarda çıxış edirlər və bizimlə oyunda bir qədər yorğun olacaqlar. Düşünürəm ki, bu, bizim üçün əla fürsətdir.

- 10 turdan sonra 4-cü pillədəsiz və liderdən cəmi 3 xal geri qalırsız. Habuki gec yığıldığı üçün çoxları "Araz-Naxçıvan"ın autsayder olacağını gözləyirdi...

- İlk turlar müəyyən qədər problemlərimiz var idi. Heyətə yeni oyunçular cəlb olunmuşdu. Bir-birimizi tanımırdıq. Baş məşqçi komandaya qısa zamanda adaptasiya olmağımız üçün var gücünü ortaya qoydu. Bu gün artıq mənim üçün də, digər oyunçular üçün də hər şey yaxşıdır.

İbrahim CƏFƏROV, Qəbələ 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30