9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Kristof Baumqartner: “Azərbaycan millisində keyfiyyətli oyunçular çoxdur”

Avstriya millisinin yarımmüdafiəçisi Kristof Baumqartnerin Futbolxeber.az saytına müsahibəsi

 

- Bakıda millimiz üzərində qazandığınız 1:0 hesablı qələbəni necə şərh edərdiz?

- Matç olduqca çətin alındı. Ağır, bizi çətinliklərlə üzbəüz qoyan rəqibə qarşı oynadıq. Deyə bilərəm ki, oyunu ələ ala bilmirdik, amma yekunda daha yaxşı tərəf biz idik. Azərbaycan millisinin son dəqiqələrdə hesabı bərabərləşdirmək üçün yaxşı imkanı oldu. Xüsusilə, ikinci hissədə biz daha üstün oynadıq. İlk turlarda daha yaxşı nəticələr qazanıb AÇ-yə vəsiqə qazana bilərdik. Bunu son turlarda edə bildik, yenə də xoşbəxtik. Komandada əhval-ruhiyyə əladır.

- İkinci hissədə üstün oynadığınızı qeyd etsəniz də, ümumi 90 dəqiqə meydana qolsuz heç-heçə üçün çıxmağınızı düşünməyə əsas verirdi...

- Təbii ki, yox, hədəfimiz yalnız qələbə idi. Bu oyunda qalib gəlmək bizim üçün çox vacib idi. 100 faiz qələbə qazanmaq üçün köklənmişdik. Bu, həmişə asan olmur. Rəqib olduqca yaxşı oynayır, top itkilərinə yol vermirdi.

- Bu matçda azarkeşlər də sizə tam dəstək oldular. Səfər oyununa baxmayaraq, fanatların bu cür dəstəyi qələbədə nə dərəcədə rol oynadı?

- Bəli, belə atmosferdə oynamaqdan şadıq. Azarkeşlərimiz bizi sevindirir. Xoşbəxtik, həm qələbə qazandıq, həm də AÇ-yə vəsiqəni təmin etdik. Asan deyil, amma sonda qələbə yenə bizimlədir.

- Azərbaycan millisinin heyətində hansı oyunçuya qarşı mübarizədə daha çox çətinlik çəkdiniz?

- Səmimi desəm, heyətinizdə Renat Dadaşova qarşı əvvəl də oynamışam. 17 yaşlılardan ibarət Avropa çempionatında çıxış edərkən Renatla başa-baş mübarizə aparmışam. Renatı yaxşı tanıyıram, keyfiyyətli oyunçudur. Ona qarşı mübarizə xoşdur. Hər ikimizin Almaniya futbolu ilə bağlılığımız var. Hər ikimiz usta futbolçulara qarşı oynamışıq. Azərbaycan millisində keyfiyyətli oyunçular çoxdur. Onlar çox yaxşı futbol sərgilədir.

Azad NURİYEV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30