9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Konrad Laymer: “Azərbaycan millisinə qarşı çox çılğın, "vəhşi" bir oyun keçirdik”

Avstriya millisinin hücumçusu Konrad Laymer AVRO-2024-ün seçmə mərhələsində Bakıda yığmamızı məğlub etdikləri oyundan sonra Futbolxeber.az saytına müsahibə verib.

 

- Azərbaycan millisi üzərində qazanılan 1:0 hesablı qələbəni necə şərh edərdiz?

- Gözlədiyimiz kimi, matç çətin keçdi. Əvvəldən də rəqib haqqında məlumat toplamışdıq. Son matçlarda Azərbaycan yığmasının yaxşı futbol oynadığından xəbərdar idik. Uzun bir uçuşdan sonra bacardığımızı etdik. İlk hissə komandamız üçün pis deyildi, amma fasilədən sonra ən yaxşı oyunumuzu göstərə bildik. Sonda belə oyunla 3 xal qazanmağı bacardıq.

- Matçın sonluğunun gərgin keçməsini nə ilə əlaqələndirmək olar?

- Futbolda belə çılğın hallarla rastlaşmaq mümkündür. Son dəqiqələrdə hər kəs daha gərgin olur, hər iki tərəf qələbə qazanmaq üçün öz maksimumunu ortaya qoyur. Biz döyüşdük və layiq olduğumuz qələbəni qazandıq. Gərginlik bəzən həddindən artıq olsa da, sonda qalib tərəf olmaq bu cür halları unutdurur. Meydanda bu cür mübarizə olmalıdır. Bizim üçün bu 3 xal hədiyyə kimidir. Üzümüz gülür, qalib şəkildə evə yollana bilərik. Hamımız futbolçuyuq, qələbə qazanmaq üçün meydana çıxırıq. Sağlam düşüncə ilə Avstriyaya gedirik. Bizi dəstəkləyən hər kəsə təşəkkür edirəm.

- İkinci hissədə hesabı açsanız da, göstərdiyiniz oyun onu deməyə əsas verir ki, sanki 1 xal üçün meydana çıxmısınız. Bu fikirlə razısınız?

- Öncə dediyim kimi, meydana yalnız qələbə qazanmaq üçün çıxırıq. Azərbaycanla matçda da məqsədimiz eyni idi. İlk hissədə çox az imkan əldə edə bildik. Onları qola çevirə bilmədik. Ancaq ikinci hissə başlayan kimi fərqlənə bilmək üçün əla fürsət qazandıq. Çox çılğın, "vəhşi" bir oyun keçirdik. Vacib 3 xalı əldə edə bildik.

- Bu qələbə sayəsində AVRO-2024-ə vəsiqəni rəsmiləşdirdiz...

- Bəli, Avropa çempionatına vəsiqə qazandıq, bundan çox məmnunuq. Səfərdə 3 xal qazanmaq üçün önəmli bir addım idi, biz bunun öhdəsindən gəldik.

- Azərbaycan milli komandası ilk matçla müqaytisədə bu dəfə sizi nə iləsə təəccübləndirə bildi?

- Azərbaycan millisi futbol oynamağı bacarır. Rəqibimiz müdafiədən hücuma çox yaxşı çıxır. Olduqca istəklidirlər, bu gün Azərbaycan qorxaq futbol oynamadı, çox cəsarətlə hücuma çıxırdı. 90 dəqiqə ərzində onların təzyiqini üzərimizdə hiss etdik. Azərbaycana qarşı çətin oyun keçirdiyimizi etiraf etməliyəm.

Azad NURİYEV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30