9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

"Kəpəz"in yeni transferi: "Hiss etdim ki, komandaya daha çox lazımam"

"Kəpəz"in yeni transferi Adama Niane klubun mətbuat xidmətinə açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, malili forvard bir neçə təklifinin olduğunu, amma sonda seçimdə Gəncə klubuna üstünlük verdiyini bildirib:

"Gəncəyə gəldiyimə görə qətiyyən peşman deyiləm, əksinə sevincliyəm. Yaxşı kollektivimiz var. Uşaqlar bir-birilərinə qarşı mehribandılar. İlk gəldiyim gündən doğma insan kimi qarşılandım. Bu da xoş gəlir. Özümü yad hiss etmirəm. "Kəpəz"i seçməyimdə klubun transferimdə israr göstərməsi həlledici rol oynadı. Hiss etdim ki, bu komandaya daha çox lazımam. Mənə hədsiz inandılar, və bu, məni sevindirir. Odur ki, əlimdən gələni və gəlməyəni edib etimad göstərənləri peşman etməməyə çalışacam. Məqsədim komanda üçün xeyirli olmaqdır".    

Niane əlavə edib ki, onun gəlişi hücum xəttinə güc qatacaq: "Təkcə klubun yox, mənim də belə komandaya ehtiyacım var. Ümidlər böyükdür, bunu başa düşürəm. Qollar və ya məhsuldar ötürmələrlə kollektivə yardımçı olaram. Məşqlərdə əzmlə hazırlaşırıq. Hücum xəttinin gücünü artırmalıyıq. Böyük tarixə malik kluba gəlmişəm, bunu yaxşı bilirəm. İnşallah, "Kəpəz" üçün ən yaxşısı nədir, meydanda onu edəcəm. Üzərimə düşən iş komandanın ön xəttini gücləndirməkdir".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30