9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Avstriya yığmasının daha bir futbolçusu millimizə qarşı oynaya bilməyəcək

Avstriya yığmasının daha bir futbolçusu AVRO-2024-ün seçmə mərhələsində Belçika və Azərbaycan millilərinə qarşı keçiriləcək oyunları buraxacaq.

Futbolxeber.az saytının məlumatına görə, mərkəz müdafiəçisi Qernot Trauner sıradan çıxıb.

Niderlandın “Feyenoord” klubunun üzvü dizindəki zədə ucbatından yığmanın düşərgəsini tərk edib. Bununla baş məşqçi Ralf Ranqnikin xidmətindən məhrum olduğu oyunçuların sayı 6-ya yüksəlib. Traunerə qədər David Alaba, Stefan Poş, Marko Arnautoviç, Kərim Onisivo və Filipp Mvenenin də qarşıdakı matçlarda iştirak etməyəcəkləri dəqiqləşmişdi.

Qeyd edək ki, oktyabrın 13-də Belçikanı qəbul edəcək Avstriya yığması bundan 3 gün sonra Azərbaycan millisinin qonağı olacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30