9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Yubilyar Ayxan Abbasov: “Turan Tovuz”da heç vaxt peşman olmamışam” (MÜSAHİBƏ)

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasovun Futbolxeber.az saytına müsahibəsi

 

- “Zirə” ilə oyun sizin üçün “Turan Tovuz”un baş məşqçisi kimi yubileylə yadda qaldı. Geridə qalan 50 oyunluq dövrü qısa olaraq necə xarakterizə edərdiz?

- Açığını desəm, bunu bilmirdim. İndi sizdən eşidirəm. 50 oyun az deyil (gülür) "Turan Tovuz"la ilk oyunlar xatirəmdə qaldı. Bu komandanı çətinliklə yığmışıq. “Turan Tovuz” Premyer Liqaya vəsiqə qazananda büdcə tam bilinmirdi. Debütant olaraq əsas məqsədimiz çempionatda qalmaq idi. Oyunçuların komandaya cəlb olunmasında çətinlik çəkirdik. Futbolçular da burada oynamağa ehtiyat edirdi. Şükürlər olsun, bu gün sponsorumuz da var. Komandada xeyli dəyişiklik var.  İrəliyə doğru gedirik. Çox istəyirik ki, gələcəkdə daha iddialı olaq.

- Geridə qalan müddətdə “Turan Tovuz”un təklifini qəbul etdiyiniz üçün peşman olduğunuz anlar olub?

- "Turan Tovuz"da heç vaxt peşman olmamışam. Buraya gələndə inanaraq komandaya qoşulmuşam. Oqtay Abdullayev, Nadir Nəbiyev kimi rəhbərlərlə çalışıb bu komandanı biryerdə toparladıq. Bu səbəbdən heç vaxt peşman olmamışam. Hazırda yaxşı sponsora malik komanda qurmuşuq. Bu gün klubun rəhbərliyində Ehtiram Quliyev kimi Azərbaycan futbolunu fikirləşən bir şəxs var. O, komandada çox iş görmək istəyir.

- Ayxan Abbasov “Turan Tovuz”da 50-ni neçəyə çevirməyi hədəfləyir?

- Qismət olar, 100 olar. 100 olanda da yaxşı nəticələrlə yadda qalarıq.

- Cari mövsümün ilk dövrəsini “Turan Tovuz” üçün necə qiymətləndirirsiz?

- Ümumi götürsək, bizdən də aşağıda olan komandalar var. Düzdür, daha yüksək pillələrdə olmaq istərdik. Amma bu gün Azərbaycan çempionatı olduqca çətindir. İlk dövrə üçün nəticəni orta hesablayırıq.

- Qarşıdakı fasilədən necə yararlanamağı düşünürsüz?

- Əlbəttə, fasilədən yaxşı yararlanmaq istəyirik. 3 günlük istirahətdən sonra komanda bir araya gələcək. 14 oktyabrda "Araz-Naxçıvan"la yoldaşlıq oyunu keçirəcəyik. Futbolçularımızın bəziləri zədəlidir. Çalışacağıq ki, onları da komanda sıralarına qaytaraq. Bizi qarşıda ağır qrafiklərlə dolu oyunlar gözləyir.

- Məlum məsələdir ki, məğlubiyyət azarkeşi heç bir halda razı salmır. Bu gün sosial şəbəkələrdə “Turan Tovuz”un nəticələrinə, sərgilədiyi oyuna görə narazılıq edən azarkeşlərə nə demək istərdiz?

- Azarkeşlərimizdə sərbəst fikirlər var. Səbrli olmalıyıq. Hazırda üst pillələr uğrunda iddialı ola bilmirik. Bu, reallıqdır. O pillələrdə olmaq istəyirik. Addım-addım oraya irəliləməliyik. Qarşımızda olan əsas məqsəd klubun yaxşı bazası, stadionu olmasıdır. Bundan sonra komanda olaraq heyətimiz bir-birinə uyğunlaşmalıdır. Ötən ilə nisbətdə bu mövsüm fərqli heyətimiz var. Heyətdə yeni futbolçular var. Onlar güclənəndən, heyətə adaptasiya olandan sonra daha güclü olacağıq. Digər komandalara baxsaq, görərik, bizdən iddialı komandalar belə əziyyət çəkir.

Azad NURİYEV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30