9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Mahir Emrelidən qol ötürməsi

Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su Xorvatiya çempionatında 11-ci tur oyununa çıxıb.
 
Fubtolxeber.az saytının məlumatına görə, komanda  "İstra"nı qəbul edib. Mahir Emreli oyuna start heyətdə yer alıb və sona qədər meydanda olub.
 
Görüş "Dinamo"nun 3:0 hesablı qələbəsi ilə başa çatıb. Mahir Emreli 60-cı dəqiqədə komanda yoldaşı Marko Bulata qol ötürməsi edib. Oyunda digər qolları Maksim Bernauer (16) və Mauro Petkoviç (67) vurub.
 
Mahir Emreli Xorvatiya çempionatında bu mövsüm meydana çıxdığı 7-ci matçda qol ötürmələrinin sayını 3-ə çatdırıb. Onun eyni sayda da qolu var..
 
"Dinamo" bu nəticədən sonra 19 xalla (9 oyun) 3-cüdür. Turnir cədvəlinə 22 xalla (10 oyun) "Riyeka" başçılıq edir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30