Ölkə futbolu
Qurban Qurbanovdan qələbə şərhi: “Futbolçularım bu gün xarakter göstərdilər”
“Hər iki komandaya təşəkkür edirəm. Azarkeşlər üçün çox yaxşı oyun göstərdilər, meydanda yaxşı mübarizə var idi. Həm “Qarabağ, həm də “Neftçi” çox istəkli idi”.
Futbolxeber.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının IX turu çərçivəsində “Neftçi”yə qarşı keçirilən oyundan sonra deyib.
Təcrübəli mütəxəssis komandasının 2:0 hesablı qələbəsini belə şərh edib: “Futbolçularıma təşəkkür edirəm ki, bu gün xarakter göstərdilər, oyundan qopmadılar. Vacib oyun idi. İstəyirdik ki, dövrəni qələbə ilə başa vuraq. Bu da alındı. Bu stadionda oynamaq həmişə mən və futbolçular üçün çox xoşdur. Atmosfer həmişə yaxşı olur”.
Qurbanov ilk yarıda hakimə etiraz etməsinə belə aydınlıq gətirib: “Gərgin deyildim, oyunun içində idim. Bir neçə epizod oldu, bəlkə kənardan belə görürdük. Bəlkə də hakim sarı vərəqə verməli idi, vermədi, yaxud verməməli idi, əksinə verdi. Belə oyunda bəsit qərarlar olmaz. Ofsayd epizodunda gördüm ki, yox idi. Belə epizodları sona qədər buraxırlar. VAR var axı. O epizodla bağlı hakimə fikrimi bildirirdim”.
O, İsveç səfərindən sonra komandada müəyyən yorğunluğun olduğunu qeyd edib: “İlk dəqiqələrdən bəzi oyunçular oyuna daxil ola bilmirdilər. Yalnız 10-15 dəqiqədən sonra rahat oynadılar. Komandada yorğunluq var idi və bu, normaldır. Çünki "Hekken"lə görüşdən heç 3 sutka keçməyib. Buna görə bir qədər narahatçılığım da var idi. “Hekken”lə səfərdə yox, Bakıda oynasaydıq, daha rahat olardı. Gecəni yolda olduq. Belə oyunlarda xarakter lazımdır. Yorğunluğu beynindən atmaq, özünü məcbur etmək lazım idi. Oyunçuların hazırlığı son vaxtlarda yaxşı səviyyəyə qalxıb. Sağ olsunlar, həqiqətən sona kimi dinamikanı qoruyub-saxladılar”.
O, milli komandalara görə fasilə yaranmasının hazırda yaxşı formada olan “Qarabağ”ın xeyrinə, yoxsa ziyanına işləyəcəyi barədə sualı belə cavablandırıb: “Bu məqam bəzi oyunçulara yaxşı təsir edəcək, bəzilərinə pis. Burada qalanlara 3 gün istirahət verəcəyik ki, fiziki və psixoloji yorğunluqları arxada qalsın. Ancaq millidə oynayanlarımız var. Leo və Patrikin oyunu 17-dədir. Halbuki 21-də səfər oyunumuz var. Onların da səfər matçları haralardadır. İkinci oyunları Fransadadır, Avropadır. İstirahət mütləq lazımdır. Hər bir halda, futbolçu milliyə gedirsə, öz komandası üçün ən yaxşısını etməlidir. Gərginliyə və oyunlara dözməlidirlər”.
Qurbanov “Səbail”ə məğlubiyyətdən sonra 6 oyunda 6 fərqli heyətlə mübarizə aparıb, qalib gəlmələrinin səbəbini belə izah edib: “Hər bir komandada çöküş olan vaxt var. Vaxtında futbolçuları geri döndərmək lazımdır. Bilirdik ki, ciddi qrup və çempionat oyunları var. Biz daha çox vaxtı işimizə ayırdıq. Daha çox bazada olurduq. Rejimdəydik, əziyyət çəkdik, bəhrəsini gördük. Belə hallar olur. Bunu qoruyub-saxlamaq çətindir. Avrokubok oyunlarında iki dəfə artıq yorulur futbolçular”.
Qurbanov heyətlə bağlı bir sıra problemlərlə üzləşdiklərini vurğulayıb: “Bədavi zədələndi, Juninyo rsikli idi, Benziada ağrılar var idi. Zədəlilərimiz var. Amma həkim kollektivimiz bərpa və mikrozədə elementlərinə çox ciddi yanaşdılar, çox iş gördülər. Məncə, pis alınmadı. Böyük təcrübə oldu. Çünki bəzən elə olurdu ki, oyunun gedişatında Riçard Almeyda mərkəz müdafiəçisi oynayırdı. Rotasiyalar olurdu. Həm mənim üçün, həm də futbolçular üçün bu müddət böyük təcrübə oldu. Çətinlikləri düzgün qəbul edib, ona düzgün hazırlaşmaq hamımız üçün xoş oldu. Heç bir futbolçulara zədə arzulamıram. Azarkeş həmişə istəyir ki, yaxşı oyuna baxsın, meydanda sağlam, yaxşı futbolçular olsun. İnanıram ki, get-gedə bu problemlər də daha tez aradan qalxacaq. Təcrübə bunu deyir. Çox çalışdıq, bəhrəsini gördük”.
“Sizcə, Romao və Leandro Andrade yersiz sarı almadılar ki?” sualını “Qarabağ”ın çalışdırıcısı belə cavablandırıb: “Bəlkə yersiz verdilər? Bəli, bir az da sakit olmalıdırlar, özlərini intizamlı aparmalıdırlar. Amma belə epizodlarda hər iki oyunçuya eyni cəza ağır olur. Verməsəydi, daha yaxşı olardı. Azarkeş mübarizəni istəyir”.
O, Bəhlul Mustafazadə və Bədavi Hüseynovun son durumundan da söz açıb: “Bəhlul dünən yüngül yürüş, qaçış etdi. Sınığı var idi. Tez bərpa olunan məsələ deyil. görək də, ağrıları olmalıdır. Belə zədələrdən sonra məşqlərə başlayanda ağrılar çoxalır. Bədavidə birinci dərəcəli dartılma var. 10 gün komanda ilə olmayacaq”.
Q.Qurbanov həm Juninyonun, həm də Cicanın fərqlənməsinə sevindiyini deyib: “Təki hamısı qol vursun. Sağlam kollektivimiz var. Cica qol vuranda, onu ən çox təbrik edən Juninyo oldu. Hamı bir-birinə hörmətlə yanaşır. Kollektiv olaraq hamımız dostuq”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Bir fotonun qorxusu... - QEYD
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- “Neftçi”də maliyyə böhranı
- Mövsümün bəxtsizi - “Səbail”
- İcraiyyə Komitəsi legioner limiti ilə bağlı qərar qəbul etdi
-
13:33
Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb
-
12:48
3x3 basketbol millimiz təlim-məşq toplanışına yollanıb
-
12:20
“ÇL-də əvvəlkilərdən daha yaxşı nəticə göstərəcəyimizə ümid edirəm”
-
11:56
Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşdi
-
11:31
Arif Əsədov: “Milliyə çağırılan oyunçuların hamısına şans vermək istəyirik”
-
10:19
Millimizin rəqibinin heyəti açıqlanıb
-
10:04
Cəlal mövsümün son oyununda qələbəyə sevindi
-
09:47
Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram"
-
21:34
Millimizin heyəti açıqlandı
-
21:22
Azərbaycan millisini yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi
-
21:00
Azərbaycanda futbol mövsümünün ən yaxşıları mükafatlandırıldı FOTOLENT
-
19:17
Azərbaycan boksçusundan uğurlu start
-
18:50
Bakıda UEFA-nın dəstəyi ilə festival keçirilib
-
18:28
Sxadadze daha 3 il "Qəbələ"də
-
17:39
Azərbaycan Cüdo Federasiyasının prezidenti dünya çempionları ilə görüşüb
-
17:02
"Sumqayıt"ın əvəzolunmazı
-
16:41
II Liqaya vəsiqə uğrunda pley-off oyunlarının vaxtı açıqlandı
-
16:14
Kapitan: “Məqsədimiz yenidən Avropa çempionu olmaqdır”
-
15:56
7 güləşçimiz Gürcüstanda medal qazanıb
-
15:35
Minifutbol Federasiyasının vitse-prezidenti: “Titulu qorumaq istəyirik”
-
15:23
Son turda mövsümün rekordu
-
15:07
Millimizin baş məşqçisi: “Ötən Avropa çempionatı ilə müqayisədə daha da güclənmişik”
-
14:59
AFFA-dan I Liqanın qalibinə "yaşıl işıq"
-
14:48
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
-
14:32
Mahmudov “Neftçi”nin tarixinə düşdü
-
14:24
Minifutbol millimizin açıq məşqi keçirilib
-
14:16
Azərbaycan sumoçuları Avropa çempionatında 11 medal qazanıblar
-
14:03
Azərbaycan millisinin heyətində dəyişiklik
-
13:27
"Barselona" mövsümü qələbə ilə başa vurdu VİDEO
-
13:15
"Qəbələ" 6 legionerlə vidalaşdı
-
12:54
Klub rəhbəri Ayxan Abbasovun işinə qiymət verdi
-
12:40
Bədavi Hüseynov: “İnanmazdım ki, 10 qat ölkə çempionu olacağam”
-
12:31
Mahir mövsümün son oyununda oynadı
-
12:19
"Turan Tovuz" yeni mövsümdə avrokuboklar üçün oynayacaq
-
11:52
Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb
-
11:28
Rəşad Sadıqovdan yubiley qələbəsi
-
11:05
Brkiç: “Azarkeşlərdən üzr istəyirəm”
-
10:46
Azərbaycan Voleybol Federasiyası Qaxda təlim-məşq toplanışı təşkil edib
-
10:24
"Roma"nın məğlubiyyəti VİDEO
-
10:13
Azərbaycan cüdoçuları Avropa Kubokunu beş medalla başa vurublar
-
09:57
"Atalanta" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:49
Elvin Cəfərquliyev: “Çempionluq asan əldə olunmur”
-
09:30
Əyyub Allaş "Qəbələ" ilə vidalaşdı
-
23:45
2023/2024 mövsümünün mükafatlandırma mərasimi VİDEO
-
22:34
"Araz-Naxçıvan" - "Qarabağ" matçında 4 qol VİDEO
-
22:16
“Hamı bu anı səbirsizliklə gözləyir”
-
21:57
Elmar Baxşıyev: “Mən təzyiqləri "Qəbələ"də də hiss etmişəm”
-
21:24
Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə yekun vuruldu
-
21:08
Azərbaycanın sərbəst güləş millisi Avropa çempionu oldu
-
20:12
Ayxan Abbasov: “Bakıda 5-6 meydança var, onları da sökürlər”