Ölkə futbolu
“Tovuzdakı qələbə "Neftçi"nin özünə gəlməsi baxımından göstərici deyil”
Millimizin sabiq üzvü, futbol mütəxəssisi Aslan Kərimov Futbolxeber.az saytına müsahibəsi
- Azərbaycan Premyer Liqasının VIII turunda son çempion “Qarabağ” “Sumqayıt” üzərində böyükhesablı qələbə qazandı. Ağdam klubunun “Hekken”lə oyunöncəsi bu cür qələbə qazanacağını gözləyirdiniz?
- "Qarabağ"ın qələbə qazanacağı gözlənilən idi. "Qarabağ" bu matçdan 5-6 gün sonra Avropa Liqasında meydana çıxacaq. Bu da onu göstərir ki, "Qarabağ" İsveçdə oynayacağı tam heyəti meydana buraxdı. Tam heyətlə oynadıqları üçün "Sumqayıt"a qalib gələcəkləri gözlənilən idi. Düzü, belə böyük hesab olacağına inanmırdım. Amma onu da unutmayaq ki, Avropa Liqasında çıxış etdiyi heyət çox güclüdür. "Sumqayıt" psixoloji olaraq erkən qolların basqısından çıxa bilmədi. Nəticədə belə böyükhesablı məğlubiyyət alındı.
- Juninyo artıq 5 qolla Premyer Liqanın bombardiridi. Demək olar ki, “Qarabağ” axtardığı hücumçunu tapıb?
- Deməzdim ki, Juninyo “Qarabağ”ın istədiyi hücumçudur. Düzdür, onun qol duyumu var. Lakin ötən ilə baxanda görürük ki, Musa Qurbanlı da ölkə çempionatında kifayət qədər qol vurub. Bilmək olmaz, Juninyo Musa qədər qol vuracaq, ya yox. Belə bir heyətdə çıxış edirsənsə, Zubir, Andrade, Yankoviç kimi oyunçular səni topla təmin edəcəklər və öz növbəndə sən də Azərbaycan çempionatında qollar vuracaqsan. Lakin Avropa Liqasında bu qollarımn ardının gəlib-gəlməyəcəyi sual altındadır. Bunu qarşıdakı matçlarda görəcəyik. Odur ki, Azərbaycan Premyer Liqasında 5 qol vurmaq "Qarabağ"ın axtardığı hücumçuyam" mənasına gəlmir. Bunu demək olduqca tezdir.
- “Neftçi” çətin Tovuz səfərindən 3 xalla qayıtdı. “Ağ-qaralar”ın artıq özünə gəldiyini söyləmək mümkündür?
- Düzdür, "Neftçi" səfərdən qalib qayıtdı. Amma komanda çox gec özünə gəlib. "Turan Tovuz" üzərindəki qələbə "Neftçi"nin özünə gəlməsi demək deyil. Bu, sadəcə növbəti oyunlar üçün motivasiyadır. Çempionluq uğrunda mübarizə, "Qarabağ"la rəqabət aparmaq “Neftçi” üçün çətin olacaq. Çünki mövsümün startında Mutunun komandası çoxsaylı xallar itirdi. "Neftçi"də ən böyük problem hücumçu yoxluğudur. Düzdür, 2-ci hissədə meydana daxil olan Olanare fərqləndi. Amma çempionat 1 oyundan ibarət deyil. "Neftçi" bundan əvvəlki oyunlarda fərqlənməkdə çətinlik çəkirdi, oyunçularının fərqlənmək üçün keyfiyyəti çatmırdı. Bu amil onları hazırkı vəziyyətə gətirib çıxardı. "Turan Tovuz" üzərində qələbə "Neftçi"nin özünə gəlməsi baxımından bir göstərici olmalı deyil. "Qarabağ", "Sabah" üzərində qələbə qazansalar, onda nəsə demək olar. Əks halda işləri çox çətin olacaq.
- “Kəpəz” evdə ardıcıl dördüncü məğlubiyyətini aldı. Gəncə klubunun Tərlan Əhmədovu göndərməklə səhvə yol verdiyini və indi həmin səhvin əziyyətini çəkməsi fikri ilə razısız?
- Autsayderlərin qrupunu nəzər salsaq görərik ki, bu mövsüm istənilən komanda digərinə qalib gələ bilir. "Qarabağ" əsas heyəti ilə oynamasa, autsayder komandaya məğlub ola bilər. Bu da çempionatın maraqlı keçdiyinə işarədir. Tərlan Əhmədovu göndərməklə səhv, ya düz etdilər, bu barədə nəsə deyə bilmərəm. Tərlan Əhmədovun qarşısına komanda tərəfindən qoyulan məqsəddən, şərtlərdən, verilən sözlərdən məlumatlı deyiləm. Hazırda "Kəpəz" bəzi oyunlarda özünü yaxşı göstərə bilir. Xüsusilə liderlərlə oyunda səhv addım atmadıqları görünür. Komanda sübut edir ki, güclü rəqibə qarşı da oynaya bilər. Son oyunlarda göstərdikləri performans qol vurmaq baxımından axsadıqlarını göstərir. Bu, bir psixoloji baryerdir. Bəlkə də bu hal büdcə ilə əlaqədardır. Düşünürəm ki, digər komandalarla rəqabət aparmaq baxımından “Kəpəz” üçün çətin olacaq. "Səbail" və "Qəbələ", debütant "Araz-Naxçıvan" özlərini yaxşı tərəfdən göstərməyə başlayıblar. Naxçıvan təmsilçisi artıq avrokuboklar uğrunda mübarizə aparır. "Kəpəz"in bu rəqiblərlə mübarizə aparacağı çətin görünür. Komanda qış fasiləsində oyunçu transferi baxımından fikirləşməlidir. Əks halda bu mövsümki çempionatda uğur qazanmaq üçün Gəncə təmsilçisi üçün çox çətin olacaq.
- “Səbail” - “Sabah”: Sizcə, bu oyunda kim 2 xal itirdi, kim 1 xal qazandı?
- “Səbail” son turlardakı çıxışına görə xoş sözlərə layiqdir. Şahin Diniyevin komandası həm gözəl oyun sərgiləyir, həm də nəticə qazanır. Performansına görə həm “Səbail”, həm də “Sabah” xal qazanmağa layiq idi. Amma nəzərə almaq lazımdır ki, “Səbail”in bir qolu ofsayda görə sayılmadı. Mənimçün həmin qərar qaranlıq qaldı. “Səbail”in qolunda ofsaydı hansı xətlə, hansı rakursdan çəkdilər, anlamadım. Mənə elə gəlir ki, ofsayd deyil, qola bənzəyir. İstənilən halda heç-heçəni ədalətli nəticə saymaq mümkündür. Hər iki komanda fərqlənmək üçün kifayət qədər şanslar əldə etdilər. “Səbail” son dəqiqələrdə qapısında qol görsə də, ruhdan düşmədi, əzmkarlıq nümayiş etdirərək hesabı bərabərləşdirə bildi. Cari mövsümə uğursuz start versə də, turlar keçdikcə komanda özünə gəlib. Şahin Diniyev bacarıqlı ifaçılardan əla kollektiv formalaşdırıb.
- "Araz-Naxçıvan"dan debütant olaraq belə başlanğıc gözləyirdiniz?
- Debütant komandaların sponsorları, maliyyə ayıran şəxs və qurumlar məşqçilərinə legioner almağa imkan versə, şərait yaratsa, istənilən komanda "Araz-Naxçıvan" səviyyəsində çıxış edə bilər. Naxçıvan təmsilçisinin oyun üslubu, əzmkarlığını əskiltmək istəmirəm. Komandanın özünəxas oyun üslubu var. Büdcələri də kifayət qədər yaxşıdır. Onların transfer etdikləri oyunçulara əsasən komandanın axırıncı yerdə olacağını demək olmazdı. Əslində bu da oldu. Yaxşı oyunçular transfer olunmasaydı, nəticə yəqin ki, fərqli olardı. Görünən odur ki, seleksiya siyasəti komandada yaxşı qurulub. Transfer məsələsinə kimlər nəzarət edir deyə bilmərəm. Azərbaycan çempionatına uyğun oyunçulara malikdirlər. Heç bir komandadan çəkinmədən mübarizə aparırlar. "Qarabağ"a son dəqiqələrdə məğlub olmaqları təsadüfi hal idi. Hücumameyilli oyun nümayiş etdirirlər. Turnir cədvəlindəki mövqeləri komandanın oyun üslubunu əks etdirir. Yalnız müdafiədə oturmaqla, bəxt sayəsində gəlib bu yerə çıxmayıblar.
Azad NURİYEV
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Bir fotonun qorxusu... - QEYD
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- “Neftçi”də maliyyə böhranı
- Mövsümün bəxtsizi - “Səbail”
- İcraiyyə Komitəsi legioner limiti ilə bağlı qərar qəbul etdi
-
13:33
Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb
-
12:48
3x3 basketbol millimiz təlim-məşq toplanışına yollanıb
-
12:20
“ÇL-də əvvəlkilərdən daha yaxşı nəticə göstərəcəyimizə ümid edirəm”
-
11:56
Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşdi
-
11:31
Arif Əsədov: “Milliyə çağırılan oyunçuların hamısına şans vermək istəyirik”
-
10:19
Millimizin rəqibinin heyəti açıqlanıb
-
10:04
Cəlal mövsümün son oyununda qələbəyə sevindi
-
09:47
Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram"
-
21:34
Millimizin heyəti açıqlandı
-
21:22
Azərbaycan millisini yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi
-
21:00
Azərbaycanda futbol mövsümünün ən yaxşıları mükafatlandırıldı FOTOLENT
-
19:17
Azərbaycan boksçusundan uğurlu start
-
18:50
Bakıda UEFA-nın dəstəyi ilə festival keçirilib
-
18:28
Sxadadze daha 3 il "Qəbələ"də
-
17:39
Azərbaycan Cüdo Federasiyasının prezidenti dünya çempionları ilə görüşüb
-
17:02
"Sumqayıt"ın əvəzolunmazı
-
16:41
II Liqaya vəsiqə uğrunda pley-off oyunlarının vaxtı açıqlandı
-
16:14
Kapitan: “Məqsədimiz yenidən Avropa çempionu olmaqdır”
-
15:56
7 güləşçimiz Gürcüstanda medal qazanıb
-
15:35
Minifutbol Federasiyasının vitse-prezidenti: “Titulu qorumaq istəyirik”
-
15:23
Son turda mövsümün rekordu
-
15:07
Millimizin baş məşqçisi: “Ötən Avropa çempionatı ilə müqayisədə daha da güclənmişik”
-
14:59
AFFA-dan I Liqanın qalibinə "yaşıl işıq"
-
14:48
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
-
14:32
Mahmudov “Neftçi”nin tarixinə düşdü
-
14:24
Minifutbol millimizin açıq məşqi keçirilib
-
14:16
Azərbaycan sumoçuları Avropa çempionatında 11 medal qazanıblar
-
14:03
Azərbaycan millisinin heyətində dəyişiklik
-
13:27
"Barselona" mövsümü qələbə ilə başa vurdu VİDEO
-
13:15
"Qəbələ" 6 legionerlə vidalaşdı
-
12:54
Klub rəhbəri Ayxan Abbasovun işinə qiymət verdi
-
12:40
Bədavi Hüseynov: “İnanmazdım ki, 10 qat ölkə çempionu olacağam”
-
12:31
Mahir mövsümün son oyununda oynadı
-
12:19
"Turan Tovuz" yeni mövsümdə avrokuboklar üçün oynayacaq
-
11:52
Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb
-
11:28
Rəşad Sadıqovdan yubiley qələbəsi
-
11:05
Brkiç: “Azarkeşlərdən üzr istəyirəm”
-
10:46
Azərbaycan Voleybol Federasiyası Qaxda təlim-məşq toplanışı təşkil edib
-
10:24
"Roma"nın məğlubiyyəti VİDEO
-
10:13
Azərbaycan cüdoçuları Avropa Kubokunu beş medalla başa vurublar
-
09:57
"Atalanta" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:49
Elvin Cəfərquliyev: “Çempionluq asan əldə olunmur”
-
09:30
Əyyub Allaş "Qəbələ" ilə vidalaşdı
-
23:45
2023/2024 mövsümünün mükafatlandırma mərasimi VİDEO
-
22:34
"Araz-Naxçıvan" - "Qarabağ" matçında 4 qol VİDEO
-
22:16
“Hamı bu anı səbirsizliklə gözləyir”
-
21:57
Elmar Baxşıyev: “Mən təzyiqləri "Qəbələ"də də hiss etmişəm”
-
21:24
Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə yekun vuruldu
-
21:08
Azərbaycanın sərbəst güləş millisi Avropa çempionu oldu
-
20:12
Ayxan Abbasov: “Bakıda 5-6 meydança var, onları da sökürlər”