9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Bilmək olmaz, Juninyo Musa qədər qol vuracaq, ya yox”

“Deməzdim ki, Juninyo “Qarabağ”ın istədiyi hücumçudur. Düzdür, onun qol duyumu var. Lakin ötən ilə baxanda görürük ki, Musa Qurbanlı da ölkə çempionatında kifayət qədər qol vurub. Bilmək olmaz, Juninyo Musa qədər qol vuracaq, ya yox”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri futbol mütəxəssisi Aslan Kərimov deyib.

Hazırda 5 qolla Azərbaycan Premyer Liqasının bombardiri olan braziliyalı forvardın çıxışını dəyərləndirən A.Kərimov daxili birincilikdə Ağdam klubunun heyətində fərqlənməyin elə də çətin olmadığını vurğulayıb:

“Belə bir heyətdə çıxış edirsənsə, Zubir, Andrade, Yankoviç kimi oyunçular səni topla təmin edəcəklər və öz növbəndə sən də Azərbaycan çempionatında qollar vuracaqsan. Lakin Avropa Liqasında bu qollarımn ardının gəlib-gəlməyəcəyi sual altındadır. Bunu qarşıdakı matçlarda görəcəyik. Odur ki, Azərbaycan Premyer Liqasında 5 qol vurmaq "Qarabağ"ın axtardığı hücumçuyam" mənasına gəlmir. Bunu demək olduqca tezdir”.

Azad NURİYEV

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30