9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Azər Bağırov: "Hamı toplanışda olanda, biz 12 nəfərlə məşq edirdik"

"Çətin oyun oldu. "Zirə" əbəs yerə bu çempionatda lider deyil. Məğlub da ola bilərdik. Sona qədər mübarizə apardıq",

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov Az Premyer Liqasının 8-ci turunda bu gün "Zirə"yə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

O, lider üzərində qazanılan qələbəni (1:0) belə şərh edib: "Səbrlə müdafiə olunduq və lazım olan qolu vurduq. Futbolçularla həm fərdi, həm də kollektiv şəkildə mütəmadi söhbətlər edirik, eyforiyaya qapılmaqdan söhbət gedə bilməz. Arxada qalan 8 oyun ərzində "Sumqayıt"la qarşılaşmanın ilk hissəsində rəqibə uduzduq. Qalan matçlarda uşaqlar yaxşı çıxış etdilər, mübarizə apardılar".

A.Bağırov ölkə xaricində toplanış keçməmələrindən, komandanı gec formalaşdırmalarından da danışıb: "Bunlar artıq geridə qalıb. Biz bəhanə gətirməyi heç vaxt sevməmişik. Hamı toplanışda olanda, biz hələ 12 nəfərlə Bakıda məşq edirdik. Bunların hamısı geridə qalıb, bəhanələri atmaq lazımdır. Günlərimiz olub ki, 2-3 saat yatmışıq. Yəni, əvvəl itirdiyimiz vaxtı kompensasiya etmişik. Bu gün qalib gəlsək də, yenə işimiz çoxdur.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30