9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Ayxan Abbasov: “Səhvlərimizdən nəticə çıxarmalıyıq”

“Çətin matç idi. "Neftçi"nin oyundan-oyuna daha yaxşı olduğunu görürük. Son matçlarda aqressivdirlər. İlk hissədə onların təzyiqinin qarşısında tab gətirə bilmirdik. İkinci hissədə şanslarımız oldu. Bir qol vursaydıq, oyun bitə bilərdi. Çempionatın ən gərgin dövrüdür. Səhvlərimizdən nəticə çıxarmalıyıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 8-ci turunda doğma meydanda "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.

O, komandasının doğma meydanda qələbə qazana bilməməsi haqda bildirib: “Statistika onu deyir. İstəməzdik belə olsun. Amma gerçək budur. İnanıram ki, bunu aradan qaldıracağıq. Bizim Tovuzda yaxşı oyunlarımız, qələbələrimiz olub. Sadəcə bu il belə başladı. Bəlkə də bu gün bərabərlik bizim üçün motivasiya baxımından daha yaxşı olardı”.

Təcrübəli mütəxəssis komandanın ən yaxşı bombardiri Martin Petkovun start heyətdə yer almamasının səbəbini belə izah edib: “Dəyişikliklər olacaq. Rəqibə görə edirik. Paçu məşqlərdə yaxşıdır. Onun da oynaması vacibdir. Petkov da yaxşı formadadır”.

Abbasov Marandiçinin oyununda eniş hiss olunmasına belə münasibət bildirib: “Keçən il də belə olmuşdu. Milli komandada iki oyunda əsas heyətdə yer aldı. Yorğunluq hiss olunur. Ona görə ikinci hissədə onu əvəzlədik. Eniş olması normaldır”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30