9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Millimizin baş məşqçisi: “Qrup liderliyini davam etdirmək istəyirik”

“Qrup liderliyini davam etdirmək istəyirik”.
 
Futbolxeber.az saytının məlumatına görə, bunu qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov UEFA Millətlər Liqasındakı çıxışları barədə danışarkən deyib.
 
O, ilk iki turda 4 xal toplamalarına münasibət bildirib. S.Əsgərov oktyabrda keçirəcəkləri matçlara ciddi hazırlaşacaqlarını söyləyib: “Oktyabrda bizi daha iki çətin oyun gözləyir. Səfərdə Farer adaları, evdə isə Monteneqro yığması ilə qarşılaşacağıq. Hər iki matçda uğur qazanmaq istəyirik”.
 
Baş məşqçi Podqoritsada Monteneqro yığması üzərində qazanılan 1:0 hesablı qələbəni də dəyərləndirib: “Monteneqro millisi ilə oyunun çətin olacağını bilirdik. Dünya çempionatının seçmə mərhələsində bu rəqiblə qarşılaşmışdıq. Komanda çox güclü futbolçulardan ibarətdir. Oyuna yaxşı hazırlaşmışdıq. İlk dəqiqələrdən sonadək plana uyğun olaraq, oyunu meydanın rəqibə aid hissəsində keçirdik. Bunun nəticəsində 84-cü dəqiqədə qələbə qolunu vura bildik. Düzdür, rəqibin də qol vurmaq imkanları oldu. Ancaq bu dəfə səhvlərə yol vermədik”..



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30