8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

"Qarabağ" - "Sumqayıt" oyununun yeri dəyişdirildi

“Qarabağ” Futbol Klubu Peşəkar Futbol Liqasına rəsmi müraciət edib.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, klub Tofiq Bəhramov adına Respublika stadionunda təmir-bərpa işləri ilə əlaqədar olaraq sözügedən stadionda keçirilməli olan Azərbaycan Premyer Liqasının 8-ci turunun “Qarabağ” - “Sumqayıt” görüşünün “Azersun Arena”da oynanılması xahişi ilə çıxış edib.

“Qarabağ”ın rəsmi müraciətini, Respublika stadionunda aparılan işləri, eləcə də “Azersun Arena”nın mövsümdən öncə Premyer Liqa oyunları üçün qəbul edildiyini nəzərə alan PFL  “Qarabağ” - “Sumqayıt”  oyunun “Azersun Arena”da  keçirilməsinə qərar verib. Görüşün günü, saatı ilə bağlı dəyişiklik yoxdur. Matç sentyabrın 29-u oynanılacaq və saat 20:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30