8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Maqnus Retsius: “Qarabağ”ı Norveçdə məğlub etməyə çalışacağıq”

“MÖLDE”NİN YARIMMÜDAFİƏÇİSİ BAKIDA ƏN ÇOX KİMİN OYUNUNU BƏYƏNİB?

“Hesab açılmasa idi, daha yaxşı olardı. 1 xal qazana bilərdik. Düzünü demək lazımdır ki, "Qarabağ" qələbəyə layiq oynadı. Onları Norveçdə məğlub etməyə çalışacağıq”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Mölde”nin yarımmüdafiəçisi Maqnus Retsius Qrodem Bakıda UEFA Avropa Liqasının ilk turu çərçivəsində “Qarabağ”a 0:1 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.

O, Bakıya 1 xal üçün səfər etmələri fikri ilə razılaşmayıb: “Xeyr, biz hər matça qələbə üçün çıxırıq. Bakıda da xal qazanacağımıza ümidli idik. Məğlub olmağımız bizi məyus etdi”.

Norveçli futbolçu yenilgisinin səbəbini belə açıqlayıb: “Düşünürəm ki, ötürmələrdə olduqca pis oynadıq. "Qarabağ"ın yaxşı oyunçuları var və biz nə vaxt topu itirirdiksə, onlar bizi cəzalandıra bilirdi. Növbəti matçda topla daha yaxşı oynamalıyıq”.

Maqnus Retsius “Qarabağ”ın heyətində ən çox Romaonun oyununu bəyənib: “6 nömrəli oyunçu Julio Romaonun adını çəkmək istəyirəm. O, olduqca yaxşı çıxış edir. Baxımlı performans göstərir. Meydanın mərkəzində Romaonun faydalı iş əmsalı çox böyükdür”.

O, “Mölde”nin Bakıda əvvəlki matçlara nisbətən zəif təsir bağışlamasına da toxunub: “Bakıdakı oyunda tez-tez top itkilərinə yol verirdik. Rəqibdən topu ala bilmirdik. Əgər belə məqamda pis oynayırıqsa, "Qarabağ" kimi yaxşı bir rəqib bizi cəzalandıracaq. Bunun da şahidi oldu”.

Maqnus Retsius Qrodem növbəti matçda "Bayer Leverkuzen"ə qarşı keçirəcəkləri oyundan da söz açıb: “Hər kəs bilir ki, "Bayer Leverkuzen" bu qrupda ən yaxşı komandadır və aşkar favoritdir. Bizi çətin bir sınaq gözləyir. Onlarla oyunda şanslardan yararlanıb Bakıdakından daha yaxşı performans göstərməyə çalışacağıq”.

Azad NURİYEV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30