8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

“Mölde”nin baş məşqçisi: “Qarabağ” qələbəyə layiq idi”

“Bilirdik ki, rəqib hücum futbolu oynayır, bizi öndə sıxacaqlar. “Qarabağ” yaxşı təzyiq göstərməyi bacarır. Xüsusilə də, ilk hissədə bunu gördük. "Qarabağ"ı təbrik edirəm, qələbəyə layiq idilər”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunda Bakıda “Qarabağ”a 0:1 hesabı ilə uduzan “Mölde”nin baş məşqçisi Erlinq Moe deyib.

Mütəxəssis ev oyununda daha yaxşı çıxış edəcəklərinə inanır: “Hər zaman arxadan oyun qurmağa çalışıram. Bu istiqamətdə inkişaf etməliyik. Bunun da düzgün yol olduğunu düşünürəm. Hər dəfə uzun toplarla müdafiədən çıxmağı futbol saymıram. Evdəki matçda daha yaxşı oynayacağımıza inanıram. Amma inkişaf etməliyik”.

O, əvəzetmələrə gec əl atmasının səbəbini belə izah edib: “Dəyişikliklərə gəlincə, bu gün belə oldu. Əvəzetmələrdən sonra rəqib yaxşı çıxış etdi”.

“Mölde”nin çalışdırıcısı yenilgidən sonra özünü yaxşı hiss etmədiyini vurğulayıb: “Məğlub olmağı sevmirəm. Ona görə də özümü yaxşı hiss etmirəm. Bu gün yaxşı oynamadıq. Bir addım geridəydik. Xüsusilə də müdafiədən çıxan ötürmələrin keyfiyyəti yaxşı deyildi. Komandanın performansına görə məyusam. Ümid edirəm ki, daha yaxşı olacağıq”.

Erlinq Moe “Qarabağ”ın qrup ikinciliyi uğrunda daha şanslı olması barədə sualı belə cavablandırıb: “Məncə, nəsə demək üçün hələ erkəndir. Cəmi bir oyun keçirmişik. Bir neçə turdan sonra konkret nələrsə demək olar. "Bayer Leverkuzen" favoritdir, razıyam, Almaniyada da yuxarı pillədədir. Digər üç komanda ikincilik uğrunda mübarizə aparacaq. Səfərdə bir oyun oynamışıq. Növbəti matçlarda daha yaxşı nəticə göstərməyə çalışacağıq”.

O, Çempionlar Liqasının pley-offunda qarşılaşdıqları "Qalatasaray"la "Qarabağ"ın müqayisəsi barədə bunları söyləyib: “Qarabağ” bugünkü oyunda bizə oynamaq üçün çox az ərazi verdi. "Qalatasaray" yaxşı komandadır, güclü oyunçuları var. Amma "Qarabağ" vahid komanda kimi daha yaxşı çıxış edir. Bunu deməklə, "Qalatasaray" haqda mənfi fikir demək istəmirəm. Onlar bizi uddular. Sadəcə "Qarabağ" komanda kimi daha yaxşı çıxış edir”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30