8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Maksim Medvedev: “Bu mövsüm qrupdan çıxmaq üçün yaxşı imkanımız var”

“Vaxtilə Avropa Liqasında qrupdan çıxmağa yaxın idik, alınmadı. Bu mövsüm bunun üçün yaxşı imkanımız var”.

Futbolxeber.az saytının məlumatına görə, bunu “Qarabağ”ın kapitanı Maksim Medvedev Norveçin “Mölde” klubuna qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin ilk oyunu ilə bağlı təşkil edilən mətbuat konfransında deyib.

34 yaşlı müdafiəçi qrupdakı mübarizəyə qələbə ilə başlamaq istədiklərini bildirib: “Əsas işimizi artıq görmüşük, qrupda oynayacağıq. Uğurumuzu irəli daşımaq üçün əlimizdən gələni edəcəyik. Hazırda hər kəs oynamaq istəyir, heyətimiz genişlənib. İnanıram ki, belə güclə, həvəslə bu il daha uğurlu çıxış edəcəyik”.

Futbolçu son vaxtlar az oynadığını etiraf edib: “Amma daim komanda ilə bir yerdəyəm. Özümü zədələrdən qorumağa çalışıram. Uzun müddət oynamasam da, təcrübəm var. Özümü həmişə oyunda iştirak edirmiş kimi görürəm. Qalan hər şeyi məşqdə götürməyə çalışıram”.

Qeyd edək ki, sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Mölde” oyunu saat 20:45-də başlayacaq (“Report”).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30