8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Mutu məğlubiyyəti şərh etdi

"Uğursuz oyun oldu. Bir epizodda boşluq verdik və qol buraxdıq. Qalan şeylərdə nəzarət bizdə idi. Qol imkanlarımızı dəyərləndirə bilmədik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi" baş məşqçisi Adrian Mutu Azərbaycan Premyer Liqasının 6-cı turunda "Araz-Naxçıvan"a uduzduqları matç (0:1) haqqında fikirlərini bölüşərkən deyib.

Rumın mütəxəssis Azər Salahlının müdafiənin mərkəzində oynaması barədə bunları söyləyib: "Müdafiədə yaxşı oynadıq. Rəqibə şans vermədik. Belə dəyişikliklər olur. Penalti istisna olmaqla, rəqibin təhlükəli epizodu olmadı".

A.Mutu futbolçusu Qara Qarayevin zədələndiyi üçün əvəzləndiyini bildirib: "Qara Zədələndiyi üçün əvəzləndi. Başqa nəsə yoxdur. Ümumiyyətlə, bu gün normal oynadıq. Sadəcə penalti epizodu ağır nəticələndi. Belə anlarda daha diqqətli olmalıyıq. Rəqib əks-hücumdan sonra penalti qazandı və qol vurdu".

A.Mutu hücumda rəqib üçün ciddi bir təhlükə yarada bilməməkləri haqda suallara belə cavab verib: "10 nəfərlə müdafiə olunan komandaya qarşı nə qədər şans yarada bilərsiniz? İmkanlarımız oldu, lakin alınmadı".

Mütəxəssis sonda iki yeni futbolçunun - Lukas Melaano və Reziuan Mirzovun debütündən danışıb: "Lukas Melano və Mirzova vaxt lazımdır. Yeni oyunçulardır, getdikcə daha yaxşı olacaqlar".

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30