8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Şahin Diniyev: “Onun sürətini söndürə bildik”

“Hesab bizi aldatmasın. Çətin oyun oldu”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının VI turunda “Kəpəz”i 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

Təcrübəli mütəxəssis meydançanın durumunun yaxşı vəziyyətdə olmadığını bildirib: “Meydançanın ideal olmaması topa nəzarətdə problem yaradırdı. Əlimizdə düşən fürsətlərdən istifadə etdik. Bir neçə qol epizodumuz da var idi. Amma inanın, ən çətin oyunlarımızdan birini keçirdik”.

Diniyev komandasının fasiləyə kimi yaxşı çıxış etdiyini vurğulayıb: “İlk hissədə mənim istədiyim futbolu oynaya bilmədik. Artıq komandanın oyunu var, həm də nəticəyə oynaya bilirik. "Kəpəz"ə qol epizodu vermədik”.

“Səbail”in çalışdırıcısı qələbəyə layiq olduqlarını bildirib: “Müdafiədə etibarlı oynadıq, hücumda kreativ olmağa çalışdıq. Qələbəyə layiq idik. Matçdan əvvəlki analizlərimizdə bizi çətin oyunun gözlədiyini düşünürdük. "Kəpəz"in cinahlarını bağladıq, Abdullah Şuaybunun sürətini söndürə bildik".

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30