Ölkə futbolu
“Ayın qolu”nun müəllifi: “Mənə deyir ki, “moşennik”, harda qonaqlıq verəcəksən bizə?”
“Misli” ilə PFL-in birgə təşkil etdiyi “Ayın qolu” mükafatının sahibi - “Araz-Naxçıvan”ın müdafiəçisi Turan Manafovun Futbolxeber.az saytına müsahibəsi
- “Sumqayıt”la oyunda vurduğunuz qol PFL-in keçirdiyi “Ayın qolu” müsabiqəsində qalib olub. Bunu gözləyirdinizmi?
- Vurduğum qol özümə də xoş gəldi. Baxımlı qol alındı, amma müsabiqə keçirildiyindən xəbərim yox idi. Dostum dedi ki, sənin vurduğun qol birinci seçilib. Belə bir müsabiqədə qalib olmağım özüm üçün də gözlənilməz oldu.
- Seçim ixtiyarı sizdə olsaydı, digər 4 qoldan hansını seçərdiz?
- Düzünü desəm, həmkarım Tellur Mütəllimovun qolunu qeyd edərdim. Çünki onun vurduğu qol daha maraqlı idi, uzaqdan vurulan zərbə idi.
- “Sumqayıt”la görüşdə qola qədər 2 dəfə cərimə zərbəsini yerinə yetirsəz də, “çərçivə”yə düşə bilməmişdiz. Lakin üçüncü cəhd uğurlu alındı. Düşünmək olar ki, cərimə zərbələrinin üzərində xüsusi çalışırsız?
- Öz üzərimdə daim çalışıram. Amma məşqlər zamanı nadir hallarda bu cür zərbələri məşq edirəm. Məşq sonunda qapıya sərbəst zərbələr zamanı özümü yoxlayıram. Təsadüfən olanda belə zərbələr vururam. "Səbail"də oynadığım vaxtlarda da belə zərbələr vurmuşam. Həmin vaxtda da belə zərbələr üzərində məşq zamanı çalışmırdım. Sadəcə belə zərbələr məndə alınır. Məşqçilər də mənə güvənib belə zərbələr zamanı öhdəliyi mənə verirlər.
- “Ayın qolu”nun sahibi kimi “Araz-Naxçıvan” - “Neftçi” oyunundan öncə sizə xüsusi hədiyyə və 1000 manat məbləğində pul mükafatı veriləcək. Həmin 1000 manatdan komanda yoldaşlarınıza ziyafət vermək fikriniz var?
- Soruşmaq ayıb olmasın, nə 1000 manat? Mənim heç nədən xəbərim yoxdur (gülür) Dünya aləmdən xəbərsizəm. Neçə vaxtdır, sosial şəbəkə hesablarımı da işlətmirəm, başım şəxsi işlərimə qarışıb. Siz 1000 manat deyirsiniz, bundan indi xəbərim olur. Qolun seçilməsini belə dostum deyəndən sonra bildim. 1000 manatı vurduğum qola görə verəcəklər? Əslində bugünkü (söhbət dünən olub-red.) məşqdə Azər Bağırov mənə deyir ki, "moşennik", 1000 manatı sabah gətirib verəcəklər sənə. Təbrik edirəm, harda qonaqlıq verəcəksən bizə?" Mən də xəbərsizəm, dedim ki, "harda istəsəniz, gedib oturarıq". Mən də elə bildim baş məşqçi zarafat edir. Sən demə, bunu nəzərdə tuturmuş (gülür). Hələ ki dəqiq bilmirəm, pul gəlsin, yəqin ki, komanda üçün çay, tort, şirniyyat alaram. Bu qolda komandanın da əziyyəti olur. Pul əlimə gələndən sonra nəsə düşünəcəm.
- Qarşıda “Neftçi” ilə oyun var. “Araz-Naxçıvan” həmin matçda uğurlu çıxışını davam etdirə biləcək?
- Çətin oyundur. Hamımız rəqibin gücündən xəbərdarıq. "Neftçi" güclü transferlər edib, hər il çempionluğa oynayan komandadır. Hər şey öz əlimizdədir. Qələbə qazanmaq üçün meydana çıxacağıq. İstəyimiz yaxşı nəticə qazanmaqdır. Oyunda hər şey məlum olacaq, siz də öz qiymətinizi verərsiniz. Qabaqcadan nəsə demək düzgün çıxmaz.
- Ümumiyyətlə gedirdə qalan 5 turu komandanız üçün nə dərəcədə uğurlu hesab edirsiz?
- İlk 4-5 tur komanda üçün yaxşı keçdi. Uduzduğumuz oyunlar da oldu. “Qarabağ”la oyunda son dəqiqələrdə qol buraxdıq. Komanda üçün ümumilikdə 5 tur yaxşı keçdi. Heç kim bizdən belə performans gözləmirdi. Bu baxış dəyişməyib, "Araz-Naxçıvan" yüksək yerlərə oynaya bilər. Şəxsi fikrimi deyim ki, əla oynadıq. Komandada uyğunlaşma var, hər oyunda daha da yaxşılaşırıq. 1-ci turla 5-ci tur arasında ciddi fərq var. Ən zəif oyunumuz "Sumqayıt"la matçın birinci hissəsi idi. Komanda sanki yatmışdı, ayıla bilmirdi. 2-ci hissədə isə üstünlüyü ələ aldıq. Digər oyun isə "Kəpəz"ə qarşı olan matç idi. Ümumilikdə Gəncədə oynamaq çox çətindir. Mənimçün Qəbələdə oynamaq daha asandır, nəinki Gəncədə. Orada hava, stadion amili var. Azarkeş təzyiqini qeyd etməzdim. Çünki Gəncədə 20-30 min azarkeş olsa da, mənimçün daha əladır. Ən pis oyunumuz deyərdim ki, elə orda oldu. Yol yorğunluğu da oldu. Bu da normaldır. Çünki "Kəpəz"ə qarşı Gəncədə normal səviyyədə oyun keçirib gələn görməmişəm. Bütün komandalar orada əziyyət çəkir. Yaxşı oynayırıq, çoxlarının bizə qarşı olan fikrini dəyişdirə bildik.
- “Araz-Naxçıvan”ın cari mövsümdəki hədəfləri nədir?
- Bura gəldiyim gündən əsas hədəf yüksək yerlər uğrunda oynamaqdır. Bacardığımız qədər avrokuboklara vəsiqə qazanan yerlərə çıxmağı hədəfləyirik. Bu hədəfə çatmaq üçün əlimizdən gələni edəcəyik. Hazırda hər şey yaxşı gedir. Xalımız az olsa da, performansı yaxşılaşdırdıqca, xallar da qazanılacaq.
Azad NURİYEV
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Bir fotonun qorxusu... - QEYD
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- “Neftçi”də maliyyə böhranı
- İcraiyyə Komitəsi legioner limiti ilə bağlı qərar qəbul etdi
- Mövsümün bəxtsizi - “Səbail”
-
13:33
Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb
-
12:48
3x3 basketbol millimiz təlim-məşq toplanışına yollanıb
-
12:20
“ÇL-də əvvəlkilərdən daha yaxşı nəticə göstərəcəyimizə ümid edirəm”
-
11:56
Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşdi
-
11:31
Arif Əsədov: “Milliyə çağırılan oyunçuların hamısına şans vermək istəyirik”
-
10:19
Millimizin rəqibinin heyəti açıqlanıb
-
10:04
Cəlal mövsümün son oyununda qələbəyə sevindi
-
09:47
Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram"
-
21:34
Millimizin heyəti açıqlandı
-
21:22
Azərbaycan millisini yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi
-
21:00
Azərbaycanda futbol mövsümünün ən yaxşıları mükafatlandırıldı FOTOLENT
-
19:17
Azərbaycan boksçusundan uğurlu start
-
18:50
Bakıda UEFA-nın dəstəyi ilə festival keçirilib
-
18:28
Sxadadze daha 3 il "Qəbələ"də
-
17:39
Azərbaycan Cüdo Federasiyasının prezidenti dünya çempionları ilə görüşüb
-
17:02
"Sumqayıt"ın əvəzolunmazı
-
16:41
II Liqaya vəsiqə uğrunda pley-off oyunlarının vaxtı açıqlandı
-
16:14
Kapitan: “Məqsədimiz yenidən Avropa çempionu olmaqdır”
-
15:56
7 güləşçimiz Gürcüstanda medal qazanıb
-
15:35
Minifutbol Federasiyasının vitse-prezidenti: “Titulu qorumaq istəyirik”
-
15:23
Son turda mövsümün rekordu
-
15:07
Millimizin baş məşqçisi: “Ötən Avropa çempionatı ilə müqayisədə daha da güclənmişik”
-
14:59
AFFA-dan I Liqanın qalibinə "yaşıl işıq"
-
14:48
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
-
14:32
Mahmudov “Neftçi”nin tarixinə düşdü
-
14:24
Minifutbol millimizin açıq məşqi keçirilib
-
14:16
Azərbaycan sumoçuları Avropa çempionatında 11 medal qazanıblar
-
14:03
Azərbaycan millisinin heyətində dəyişiklik
-
13:27
"Barselona" mövsümü qələbə ilə başa vurdu VİDEO
-
13:15
"Qəbələ" 6 legionerlə vidalaşdı
-
12:54
Klub rəhbəri Ayxan Abbasovun işinə qiymət verdi
-
12:40
Bədavi Hüseynov: “İnanmazdım ki, 10 qat ölkə çempionu olacağam”
-
12:31
Mahir mövsümün son oyununda oynadı
-
12:19
"Turan Tovuz" yeni mövsümdə avrokuboklar üçün oynayacaq
-
11:52
Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb
-
11:28
Rəşad Sadıqovdan yubiley qələbəsi
-
11:05
Brkiç: “Azarkeşlərdən üzr istəyirəm”
-
10:46
Azərbaycan Voleybol Federasiyası Qaxda təlim-məşq toplanışı təşkil edib
-
10:24
"Roma"nın məğlubiyyəti VİDEO
-
10:13
Azərbaycan cüdoçuları Avropa Kubokunu beş medalla başa vurublar
-
09:57
"Atalanta" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:49
Elvin Cəfərquliyev: “Çempionluq asan əldə olunmur”
-
09:30
Əyyub Allaş "Qəbələ" ilə vidalaşdı
-
23:45
2023/2024 mövsümünün mükafatlandırma mərasimi VİDEO
-
22:34
"Araz-Naxçıvan" - "Qarabağ" matçında 4 qol VİDEO
-
22:16
“Hamı bu anı səbirsizliklə gözləyir”
-
21:57
Elmar Baxşıyev: “Mən təzyiqləri "Qəbələ"də də hiss etmişəm”
-
21:24
Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə yekun vuruldu
-
21:08
Azərbaycanın sərbəst güləş millisi Avropa çempionu oldu
-
20:12
Ayxan Abbasov: “Bakıda 5-6 meydança var, onları da sökürlər”