10 Iyun 2024, Bazar ertəsi
"Cəbrayıl" I Liqaya yaxınlaşdı
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də

Ölkə futbolu

“Dərhal həmin səhvi düzəltdim, heç üstündən 1 saniyə də keçmədi”

CEYHUN RZAYEV: “BİLMƏDƏN HƏMİN EPİZODA MARAQ QATDIM”

“Əvvəla onu deyim ki, mən sırf futbol şərhləri ilə məşğul deyiləm. İşlədiyim televiziya kanalında da bununla məşğul olmamışam”.

Futbolxeber.az saytınma müsahibəsində bu sözləri ATV kanalında yayımlanan “Futbolumuz” verilişinin aparıcı Ceyhun Rzayev deyib.

Tanınmış idman jurnalisti karyerası ərzində cəmi 15 matç şərh etdiyini vurğulayıb: "Xəzər TV"də çalışarkən təxminən 12-13 matç şərh etmişəm. Bu da müəyyən fasilələrlə olub. CBC Sport kanalında da cəmi 2 oyun şərh etmişəm. 18 illik televiziya karyeramda cəmi 15 oyun şərh etdim. Şərhçi üçün daimilik olmalıdır. Tonusda qalmaq üçün mütəmadi, ən az həftədə bir oyun şərh etməlisən. Mən isə 17-18 ilə cəmi 15 oyunda şərhçi oldum”.

C.Rzayev dünən yutub vasitəsi ilə yayımlanan I Liqada mövsümün açılış matçını - “Karvan” - “Mingəçevir” (4:1) oyununu şərh edib. O qeyd edib ki, təklif olacağı halda yenidən aşağı liqa görüşlərini şərh etməyə hazırdı: “Dünənki oyunun şərhi ilə bağlı təklif Peşəkar Futbol Liqasının media və marketinq departamentinin direktoru Sənan Abdullayevdən gəldi, mən də məmnuniyyətlə qəbul etdim. Bundan sonra da PFL-dən təklif gəlsə, məmnuniyyətlə qəbul edərəm. Çünki özümə də maraqlıdır”.

Dünənki matçda epizodların birində dava düşərkən Ceyhun bəy “görmək istədiyimiz səhnədir” fikrini səsləndirir. Şərhçi dərhal fikrində düzəliş etsə də, həmin epizod sosial şəbəkələrdə geniş müzakirələrə səbəb oldu: “Təbii ki, 90 dəqiqəlik şərhdir, dayanmadan danışırsan. İnsan bu müddət ərzində bəzən hansısa qüsura yol verə bilər. Mən dərhal həmin səhvi düzəltdim, heç üstündən 1 saniyə də keçmədi. İnsanlara nəsə deyə bilmərəm. Başqa şərhçi də belə bir səhv edib, dərhal düzəltsəydi, mən də gülümsəyərdim. Mənə elə gəlir ki, bilmədən həmin epizoda maraq qatdım”.

O, Yevlax stadionundakı şəraitdən də söz açıb: “Açığı, "Karvan" neçə ildir ki, peşəkar futboldan uzaq idi. Düzdür, stadionun səviyyəsi, paltardəyişmə otağı, elektron tablo, çəkiliş üçün yer Premyer Liqa səviyyəsindədir. Mən azarkeşlərin arasında oyunu şərh edirdim. Buna görə PFL-i qınamıram. Çünki Sənan Abdullayev mənə əvvəlcədən mövcud şərait barədə məlumat vermişdi. Mən şəraiti bilərək oraya getmişdim. Onlar da əllərində olan məhdud imkanlarla nəsə etmək istəyir. Çox alçaqda idim, meydançanı şərh vaxtı tam görə bilmirdim. Oyunçuların nömrəsini dəqiqliklə müşahidə etmək alınmırdı. Azarkeşlərin arasında olarkən şərh vaxtı biri gəlir məndən su istəyir, biri gəlir siqaret istəyir, digəri sual verir ATV-də verilişdə olanlarla bağlı. Bununla belə həmin atmosfer maraqlıdır. Azarkeşlərin stadiona gəlməyi, Mingəçevirdən gələn təşkilatlanmış azarkeşlər mükəmməl şəkildə öz komandalarına dəstək oldular”.

Azad NURİYEV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30