8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Yunis Hüseynov: “Desək ki, millimiz dünən yaxşı oyunla qələbə qazandı, bu, yalan olar”

"Yaxşı oyundan çox qələbə, nəticə yadda qalır. Desək ki, millimiz dünən yaxşı oyunla qələbə qazandı, bu, yalan olar. Bununla belə, qələbə önəmlidir və futbolçulara motivasiya verir”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri futbol mütəxəssisi Yunis Hüseynov deyib.

O, bu qələbənin qarşıdakı Estoniya ilə matçda komandamıza faydalı olacağını bildirib: “Qalib gəlmək oyunçulara lazım idi. Qarşıda Estoniya ilə oyun var. Düşünürəm ki, dünən qazanılan qələbənin həmin matçda xeyri olacaq. Komandamız Estoniya ilə oyunda da yaxşı nəticə əldə edə bilər”.

Y.Hüseynov qeyd edib ki, Avro-2024-ün seçmə mərhələsində millimizin 4 tur ərzində 1 xal qazanması yaxşı nəticə deyil: “Lakin qrupdakı rəqiblərimizi də nəzərə almaq lazımdır, hər biri güclüdür. Əvvəldən də ən yaxşı nəticə bizimçün dördüncü yer idi. Biz maksimum Estoniyanı qabaqlaya bilərdik. Belə də gözlənilirdi. Bu qrupda bizdən güclü 3 yığma mübarizə aparır”.

Veteran futbolçu legioner həyatı yaşayan milli üzvlərinin çıxışına da toxnub: “Ramil Şeydayev, Musa Qurbanlı klublarında yenidirlər. Mahir Emreli “Dinamo”da oynasa da, əsas heyətdə yer ala bilmir. Düşünürəm ki, əsas heyət oyunçularımız xarici klublarda oynasa, bu, gələcəkdə milli komandanın xeyrinə ola bilər. Legioner həyatı yaşayan futbolçularımız son 2 oyunda xüsusi nəsə etmədilər. Onlar bizi təəccübləndirmədilər”.

O, Serbiyaya uduzan U-21 millimizin çıxışını belə şərh edib: “21 yaşlıların bu oyununu izləmədim. O vaxt Olimpiya stadionunda onların yoldaşlıq oyununu izləyərkən o qədər də ürəkaçan bir oyuna şahid olmamışdım. U-21-ə inamımız azdır. Ona görə ki, bu futbolçular Azərbaycan çempionatında klublarında əsas heyətdə çıxış etmirlər. Oyun praktikaları yoxdur. Açıq deyim ki, U-21-dən ciddi nəsə gözləmirəm”.

Azad NURİYEV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30