8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Rauf Vəliyev “Səbail”in üzvləri ilə görüşdü

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İdarə Heyətinin və “Səbail” Peşəkar Futbol Klubunun (PFK) Müşahidə Şurasının sədri Rauf Vəliyev klubun rəhbər heyəti, məşqçiləri və futbolçuları ilə görüşüb.

Futbolxeber.az saytının ASCO-nun feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, Rauf Vəliyev “Səbail” PFK-da islahatların uğurla davam etdirildiyini, oyunçu heyətinin yeniləndiyini diqqətə çatdırıb. O bildirib ki, əsas məqsəd raqəbət apara biləcək güclü komandanın formalaşdırılmasıdır.

Son oyunların nəticələrinin ürəkaçan olduğunu deyən Rauf Vəliyev klubun bundan sonra da gözləntiləri doğruldacağına inandığını bildirib. O, qarşıya qoyulan strateji hədəflərdən danışaraq “Səbail”in gücləndirilməsi, stabil oyun nümayiş etdirməsi və uğurlu nəticə göstərən komanda kimi formalaşması üçün ASCO-nun lazımi dəstəyi bundan sonra da davam etdirəcəyini vurğulayıb.

Müşahidə Şurasının sədri həmçinin llubdakı problemlərə toxunub və mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində məşqçi heyətə müvafiq tapşırıqlarını verib.

Rauf Vəliyev komandaya növbəti oyunlarda da uğurlar arzulayıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30