8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

AFFA bəyanat yaydı

AFFA Ermənistan və Xorvatiya yığmaları arasında oynanılmış Avro-2024-ün seçmə mərhələsinin oyununda baş verən hadisə ilə bağlı bəyanat yayıb.
 
Futbolxeber.az qurumun saytında yer alan bəyanatda təqdim edir:
 
"Azərbaycan Futbol Federasiyaları Assosiasiyası bildirir ki, 11 sentyabr 2023-cü il tarixində Avro-2024-ün seçmə mərhələsi çərçivəsində baş tutmuş Ermənistan - Xorvatiya oyununun 35-ci dəqiqəsində dron vasitəsilə qondarma rejimin "bayrağı"nı stadionun oyun keçirilən ərazisində nümayiş etdirilməsi böyük şiddətlə qınanılır və Ermənistan Futbol Federasiyasını bu cür əməllərin qarşısını almaq, o cümlədən Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə ləkə atan digər əməlləri önləmək, öz azarkeşlərini bu əməllərdən çəkindirmək məqsədi ilə tədbirlər görməsi tələb olunur.
 
Həmçinin bildiririk ki, ilk dəfə deyildir ki, sözügedən əməllər törədilir. Biz AFFA olaraq futboldan siyasi alət kimi istifadə olunmasına yönələn bütün növ hərəkətlərə qarşı UEFA və digər üstqurumlar qarşısında öz şikayətlərimizi bildiririk və bildirəcəyik. Sözügedən məsələ ilə bağlı UEFA-ya müraciət edərək qurumun ədalətli şəkildə qərar qəbul edəcəyinə ümid edirik.
 
Bir daha qeyd edirik ki, idman oyunları siyasi əməllərə alət edilməməlidir". 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30