8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

De Byazi: “Futbolçular İordaniya ilə oyuna ciddi yanaşmalıdırlar”

“Belçika millisinə qarşı yaxşı oynamışdıq. Rəqibimiz güclü olduğu üçün məğlub olduq. Rəqib yaratdığı bir şansdan istifadə etdi. O qolu buraxmamaq da olardı. Amma düzgün reaksiya verdik, yaxşı oynadıq. Uşaqlardan razı qaldım. Start heyətində olanlar da, sonradan meydana daxil olanlar da yaxşı oynadı".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İordaniya ilə yoldaşlıq oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

O, daha sonra bildirib: "İordaniya millisinə gəlincə, sürətli komandadır. Bir neçə oyunlarını izləmişəm. Bütün diqqətimiz İordaniyaya millisinə qarşı olacaq. Oktyabrdakı rəsmi oyunlardan əvvəl son sınaqdır. Futbolçular oyuna ciddi yanaşmalıdırlar. Oktyabrdakı toplanışında kimin siyahıda olacağı sabahkı oyundan asılıdır. İordaniya ilə oyun bizim üçün vacib sınaqdır”.

Qeyd edək ki, sabah  keçiriləcək Azərbaycan - İordaniya görüşü saat 20:00-da başlayacaq.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30