8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

“Lerik” 1 illik komanda olmayacaq” - AÇIQLAMA

“Təəssüf ki, məğlub olduq. Başqa nəticə gözləyirdik, lakin alınmadı.  Qarşıdakı oyunlarda daha yaxşı çıxış etməyə çalışacağıq”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri II Liqanın ikinci turunda “Dinamo”ya 1:4 hesabı ilə uduzan “Lerik”in baş məşqçisi Vidadi Hüseynov deyib.

O, “Lerik”in hədəfləri barədə danışarkən gələcəyin komandasını qurmaq istədiklərini bildirib: “Hədəf Lerikə layiq komanda yaratmaqdı. Rəhbərliklə danışığımız olub. “Lerik” 1 ilin komandası olmayacaq. Əksinə, gələcəyin komandasını yaratmaq istəyirik. Bu yöndə işlər gedir”.

Y.Hüseynov tezliklə doğma rayonda meydana çıxacaqlarına inanır: “Çox istərdim ki, tezliklə doğma rayonumuza köçək. Rəhbərlik söz verib, icra hakimi özü şəxsən bu məsələyə nəzarət edir. Ötən oyunumuzu da stadiondan izləyirdi. İnanıram ki, tezliklə stadion problemimiz həll olunacaq”.

Fərəc ASLANOV

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30