8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Taleh Nəsibov: “Bu nəticə işimizin bariz nümunəsidir”

“MİNİFUTBOLA GÖSTƏRİLƏN DÖVLƏT QAYĞISI ƏN YÜKSƏK SƏVİYYƏDƏDİR”

“Son zamanlar Minifutbol Federasiyası Azərbaycanda bu idman növünün inkişafına çox böyük əmək sərf edir. Bunun nəticəsidir ki, son ölkə çempionatında 17 komanda mübarizə apardı. Yekunda çempion olan “Birbaşa Bakı” və gümüş medalçı “Zirə” Çempionlar Liqasında yarışdı. Bürünc medalçı “Zəngəzur” isə bir neçə gündən sonra Bolqarıstanda Avropa Kubokunda mübarizə aparacaq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri minifutbol üzrə Çempionlar Liqasında üçüncü yeri tutan “Zirə”nin prezidenti Taleh Nəsibov hava limanında jurnalistlərə müsahibəsində deyib.

Eyni zamanda Azərbaycan Minifutbol Federasiyasının vitse-prezidenti olan T.Nəsibov ölkədə bu idman növünə dövlət səviyyəsində yüksək qayğı olduğunu qeyd edib: “Minifutbolun inkişafı nəticələrdə özünü büruzə verir. İstər milli, istərsə də klub səviyyəsində. Bu nəticə işimizin bariz nümunəsidir. Həm dövlət, həm rəhbərlik tərəfindən göstərilən qayğı sayəsində ölkəmizdə bu idman növü inkişaf edir. Azərbaycan millisi Avropa çempionu olduqdan sonra minifutbola göstərilən dövlət qayğısı ən yüksək səviyyədədir. Biz də əlimizdən gələni edirik ki, minifutbolu daha da inkişaf etdirək”.

O, “Zirə”nin Çempionlar Liqasında üçüncü yeri tutmasını belə şərh edib: “Zirə” Çempionlar Liqasında bürünc medal qazansa da, yarışın gedişində bəzi hadisələr yaşandı. Mən düşünürəm ki, meydanda çempionluğa layiq komanda görürdük. Ola bilər təcrübəsizlik də öz sözünü dedi. Çünki ilk dəfədir ki, komanda bu yarışda mübarizə aparırdı. Hesab edirəm ki, gələcəkdə Azərbaycan klubları Çempionlar Liqasında daha yüksək nəticələrə imza ata bilərlər”.

T.Nəsibov yaxın gələcəkdə Bakının Çempionlar Liqasının oyunlarına ev sahibliyi edə biləcəyini vurğulayıb: “Rumıniyada olarkən bu barədə danışıqlar aparmışıq. Bir daha bildirdik ki, bəli, Azərbaycan Çempionlar Liqasının oyunlarını qəbul etməyə tam hazırdı. Bunun üçün hər bir şəraitimiz var. Rahat şəkildə Çempionlar Liqasına ev sahibliyi edə bilərik. Bizə cavab verildi ki, bu məsələ müzakirə olunacaq”.

Ötən mövsüm ölkə çempionatında “Qarabağ” adı ilə çıxış edən bürünc medalçı kollektiv Bolqarıstanda keçiriləcək Avropa Kubokunda “Zəngəzur” adı ilə çıxış edəcək. Taleh Nəsibov ad dəyişikliyinin klubun istəyi ilə gerçəkləşdiyini söyləyib: “Ad komandanın öz rəhbərliyi tərəfindən dəyişdirilib. Bu, sırf onların istəyidi. Biz də bunu normal qarşıladıq. Klub olaraq müstəqildirlər. Düşünürəm ki, bu klubda da görülən işlər yekunda müsbət nəticə verəcək. Məncə, “Zəngəzur” Avropa Kubokunda ölkəmizi uğurla təmsil edəcək”.

İbrahim CƏFƏROV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30