8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Vertongen “Dalğa Arena”nın qazonundan şikayətləndi: “Bu, müəyyən çətiniklər yaradırdı”

“Çətin qarşılaşma oldu. Azərbaycan millisi olduqca baxımlı oyun göstərdi”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri Belçika millisinin müdafiəçisi Yan Vertongen Avro-2024-ün seçmə mərhələsində Azərbaycan yığmasını 1:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

36 yaşlı müdafiəçi millimizin heyətində yaxşı futbolçular olduğunu bildirib: “Azərbaycan millisi yaxşı heyətə malikdir. Keyfiyyətli oyunçular var. Kimisə xüsusi fərqlədirmək istəməzdim. Onlar komanda şəklində bizə ciddi müqavimət göstərdilər”.

“Anderlext”in formasını geyən futbolçu oyunun keçirildiyi “Dalğa Arena”nın qazonundan şikayətlənib: “Düzünü desəm, Bakıda meydançanın vəziyyəti bir qədər ürəkaçan deyildi. Bu da müəyyən çətiniklər yaradırdı”.

Vertongen qazanılan 3 xala görə sevincli olduqlarını qeyd edib: “Hər nə qədər rəqibin təzyiqi ilə üzləşsək də, yekunda qalib gələ bildik. Vacib olan qələbə idi. 3 xal qazandığımız üçün çox sevinirik”.

Təcrübəli futbolçu qrupdakı vəziyyətə də toxunub: “Bu qələbə sayəsində xallarımızın sayını 10-a çatdırdıq. Lakin bu, hələ heç nə demək deyil. Qarşıda hələ 4 oyun var. Avstriya millisi də eyni xala malikdi. Həmçinin İsveçi də hesabdan silmək olmaz”.

Vertongen növbəti rəqibləri olan Estoniyanı Azərbaycan yığması ilə müqayisə etmək istəməyib: “Növbəti matçımızı öz meydanımızda Estoniyaya qarşı keçirəcəyik. Azərbaycan yığması kimi, bu komandanın da hazırda qələbəsi yoxdu. Bu 2 kollektivi müqayisə etmək istəməzdim. Məqsədimiz Estoniya ilə matçda növbəti qələbəmizi qazanmaqdı”.

Azad NURİYEV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30