8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

De Byazi: “Düzgün yoldayıq”

“Dünən də dediyim kimi, bizi çox ağır oyun gözləyirdi. 90 dəqiqə ərzində çox yaxşı, ağıllı oyun nümayiş etdirdik. Oyunda yaxşı keyfiyyət var idi. Çox şeyi hələ də inkişaf etdirməliyik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Avro-2024-ün seçmə mərhələsinin 5-ci turunda evdə Belçikaya 0:1 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Topu qabağa vurmamalıyıq. İmkanlardan yararlanıb, belə rəqiblərə qol vurmaq lazımdır. Komanda ümumilikdə yaxşı oynadı. Bundan da çoxuna layiq idik. Sevindirici hal odur ki, oyundan sonra federasiya prezidenti gəlib komanda görüşdü, hamıya öz təşəkkürünü bildirdi" - deyə o bildirib.

İtaliyalı mütəxəssis daha sonra vurğulayıb: "Rəqib bizi yormuşdu. Meydana daxil olanlar da xoşuma gəldi. Belə oyunlarda meydana sonradan daxil olmaq çox çətindir. Əsas odur ki, əvəzetmələrdən sonra komandanın oyununun keyfiyyəti aşağı düşmədi. Əvəzetmələr futbolçuların pis oynadıqlarına görə olmadı. Yorulmuşdular. İstəyirdik ki, oyuna güc qataq. Qol epizodları bizdə daha çox oldu. Göstərdik ki, Belçika kimi milli ilə başabaş mübarizə apara bilirik. Bu gün 2002-ci il təvəllüdlü oyunçu meydana daxil oldu. Düzgün yoldayıq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30