10 Iyun 2024, Bazar ertəsi
"Cəbrayıl" I Liqaya yaxınlaşdı
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də

Ölkə futbolu

“Deməzdim ki, səfərdə “Sabah”ı məğlub etməyin xüsusi resepti var”

“Sabah”la oyunda ötən mövsüm də qələbə qazanmışdıq. Deməzdim ki, səfərdə bu komandanı məğlub etməyin xüsusi resepti var”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Turan Tovuz”un kapitanı Şəhriyar Əliyev ardıcıl iki səfər oyununda “Sabah” məğlub etmələri barədə danışarkən deyib.

O, rəqibi yaxşı təhlil etdiklərini bildirib: “Bu turdan öncə evdə "Səbail"ə məğlub olmuşduq. Ona görə də ardıcıl ikinci xal itkisinə yol verə bilməzdik. Hər oyuna xal və xallar qazanmaq üçün çıxırıq. Bütün komanadalara qarşı var gücümüzlə mübarizə aparırıq. Rəqibi yaxşı təhlil etmişdik, bu səbəbdən də qələbə qazandıq”.

Ş.Əliyev “Turan Tovuz”un səfərdə daha yaxşı oynamasının Tovuz stadionunun qazonu ilə bağlı olmadığını düşünür: “Meydança amili olduğunu deməzdim. Biz hər oyuna qələbə üçün çıxırıq. Fərqi yoxdu evdə oynayırıq, ya səfərdə. 5 oyundan 4-nü səfərdə keçirmişik. Qarşıda oyunlar çoxdur, Tovuzda qələbə qazanıb azarkeşlərimizi sevindirməyə çalışacağıq. Ötən il Tovuzda süni ot örtüyündə məşq edirdik, bu il isə təbiidə. Ancaq oyunlarımızı süni ot örtüyü olan meydançada keçiririk. Bu da bir səbəb ola bilər”.

“Sabah”la matçda rəqib qapısına yol tapan təcrübəli müdafiəçi qarşıdakı turlarda da fərqlənməyə çalışacağını bildirib: “Müdafiəçi olaraq öz mövqeyimdə etibarlı oynamağa çalışıram. Komandama kömək etmək istəyirəm. Standart vəziyyətlərdə komanda şəklində irəli atılırıq. Qol vurmağım məni sevindirir. Qarşıdakı oyunlarda da bunu təkrarlamağa çalışacağam. Amma əsas olan müdafiədə yaxşı çıxış etməkdir. Qol vurduğum üçün xüsusi nəsə düşünmək istəmirəm. Biz komanda şəklində mübarizə aparırıq. Birliyimiz hesabına qələbələr əldə edirik”.

Azad NURİYEV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30