8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Azərbaycanla oyunda De Bruyneni əvəz etməyə hazıram”

“Azərbaycanla oyunda De Bruyneni əvəz etməyə hazıram”.

Futbolxeber.az saytının məlumatına görə, bunu Belçika millisinin futbolçusu Şarl de Ketelare ölkəsinin mətbuatına açıqlamasında deyib.

22 yaşlı hücumameyilli yarımmüdafiəçi kapitan Kevin De Bruynenin yoxluğunda AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçiriləcək görüşdə boşluğu doldurmaq arzusunda olduğunu bildirib: “Millidə oynamaq həmişə şərəfdir, amma bunu klubundakı çıxışınla qazanmalısan. Kevin De Bruynenin zədəli olması bizim üçün böyük itkidir. Baş məşqçi mənə ehtiyac duysa, özümü göstərməyə çalışacağam”.

Qeyd edək ki, sentyabrın 9-da “Dalğa Arena”da keçiriləcək Azərbaycan - Belçika görüşü saat 17:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30