8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

“Qarabağ”da son 12 mövsümün ən uğursuz startı

“Qarabağ” son 12 mövsümdə özünün ən uğursuz startına imza atıb.
 
Futbolxeber.az saytının məlumatına görə, Ağdam klubu 5 turdan sonra yaranan fasiləyə 7 xalla yollanıb. Qurban Qurbanovun yetirmələri V turda “Səbail”ə 1:2 hesabı ilə uduzublar. Ağdam klubu arxada qalan oyunlarda 2 qələbə, 1 heç-heçə və 2 məğlubiyyətlə yadda qalıb.
 
“Qarabağ” sonuncu dəfə 2011/12 mövsümündə ilk 5 oyunda bu qədər az xal toplayıb. Həmin vaxt da ağdamlılar 7 xal yığıb. Sonrakı illərdə bu rəqəm daha yüksək olub.
 
Ağdam klubunun daha zəif startı isə sonuncu dəfə 2007/08 mövsümünə təsadüf edib. 16 il öncə komanda 5 turda cəmi 3 xal toplayıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30