8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

“Qarabağ” Avropa kubokunda “Zəngəzur” adı ilə çıxış edəcək”

Minifutbol üzrə Çempionlar Liqasının, həm də Avropa liqasının püşkatma mərhələsi keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, təmsilçilərimizin avrokuboklardakı çıxışı ilə bağlı klubların baş məşqçiləri və kapitanların iştirakı ilə mətbuat konfransı keçirilib.

Tədbiri açıq elan edən Minifutbol federasiyasının baş katibi Orxan Hüseynov əvvəlcə ilk dəfə 2 klubumuzun Çempionlar Liqasında yarışacağını diqqətə çatdırıb:

"Çempionlar Liqası üzrə turnir 2017-ci ildən keçirilir. 2018-ci ildə bu turnirdə ilk dəfə təmsil olunmuşuq. Sonrakı illərdə müəyyən səbəblərdən Azərbaycan təmsilçisi bu turnirdə olmayıb. Sonuncu dəfə isə 2022-ci ildə Azərbaycan çempionu bu turnirdə yer alıb. Bu dəfə artıq 2 təmsilçimiz Çempinlar Liqasında iştirak edəcək. Bu il turnirdə nəticə əldə etmək şanslarımız daha çoxdur. Ev sahibi Rumıniya istisna olmaqla, bütün ölkələr 2 komanda ilə təmsil olunur”.

O.Hüseynov bildirib ki, ötən mövsüm ölkə çempinatında bürünc medal qazanan “Qarabağ” Bolqarıstanda təşkil olunacaq Avropa kubokunda “Zəngəzur” adı ilə yarışacaq:

“Qarabağ” son mövsüm ölkə çempionatında bürünc medal qazanıb. Lakin Avropa kubokunda “Qarabağ” "Zəngəzur" adı ilə çıxış edəcək. Həmin turnirdə daha çox komanda mübarizə aparacaq. Təmsilçimizin yaxşı nəticə qazanmaq şansı yüksəkdir”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30