8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Tahir Gözəl: "Liverpul”u, “Roma”nı Bakıda görməyi çox istərdim"

Bu axşam, ardıcıl 10-cu dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazandıq. Buna görə çox sevincliyik”.

Futbolxeber.az saytının məlumatına bu sözləri “Qarabağ”ın prezideni Tahir Gözəl “Olimpiya” ilə oyundan sonra deyib.

Klub rəhbəri tarixi uğur qazandıqlarını bildirib: “Səhv eləmirəmsə, Avropada 16 klub ardıcıl 10 dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazanıb. Onların da əksəri birbaşa qrup mərhələsinə vəsiqə qazanıblar, təsnifat mərhələsi oynayaraq yox. Bu da bizim üçün tarixi bir gündür. Mən bu sevinci xalqımızda gördüyüm üçün çox məmnunam. Bu hissləri ifadə etmək çətindi. Avropada zəif komanda yoxdu. Ona görə də bizim üçün çətin oyun alındı. Qurban hoca növbəti dəfə öz məharətini göstərdi”.  

Klub rəhbəri mümkün transferlərlə bağlı sualı belə cavablandırıb: “Qurban hocanın əlində büdcəsi, imkanları var. Onun üçün məhdudiyyət yoxdur. Məndə bu haqda məlumat yoxdu. Bəlkə hansısa oyunçunu gözaltı ediblər”.

T.Gözəl “Liverpul”, “Roma” kimi kollektivlərə qarşı mübarizə aparmağa hazır olduqlarını bildirib: “Mən komandamıza inanram. “Liverpul”u, “Roma”nı Bakıda görməyi çox istərdim. “Qarabağ” və Azərbaycanı artıq bütün dünya tanıyır. Rəqiblərimizi burda gözləyirik, hansı komanda olur olsun, onları Bakıda çətin sınaq gözləyir”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30