Ölkə futbolu
Qurban Qurbanov: "Futbolçularım lazımi anda yaxşı müdafiə oluna bildilər"
“Futbolçularımı təbrik edirəm. Azarkeşlərimizi də həmçinin. Fanatlarımızın hər birinə təşəkkür edirəm. Çox gərgin oyun olsa da, nəticə bizi qane etdi”.
Futbolxeber.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avroliqa Liqasının pley-off mərhələsinin cavab görüşü çərçivəsində “Olimpiya”ya qarşı keçirilən oyundan sonra deyib.
Təcrübəli mütəxəssis 1:1 hesablı heç-heçəni belə şərh edib: “Heç bir futbolçuya irad bildirmək istəmirəm, çox əziyyət çəkdilər. Bu gün problemlərimiz var idi. Buna baxmayaraq, bizim üçün qrupda iştirak etmək vacibdir. Hansısa uğuru əldə etmək, hansısa səviyyəyə çatmaq asandır, qalmaq çətindir. Yenə də öz azarkeşlərimizi Avropa futbolundan ayırmadıq. Ən azından ilin sonuna kimi avrokubok həyəcanını yaşayacağıq. Böyük təcrübə oldu. Heyətdə dəyişikliklər var idi. Futbolçuların bir neçəsi belə gərgin qrafikdə oynamamışdı. Bu gün bunu hiss etdilər. İnanıram ki, qarşıdakı illərdə bu xarakter bizə kömək olacaq".
Qurbanov nəticədən razı qaldığını bildirib: “Bu günə narazı qalmamışam. Əksinə, nəticədən razı qaldım. Bu qədər müdafiəyə fikir verməmişdik. Vacib idi ki, bu gün komanda kimi yaxşı müdafiə olunaq. Amma tapşırıq olmamışdı ki, müdafiə olunaq. Daha çox hücum etmək istəyirdik. Bilirdik ki, rəqib böyük riskə atılacaqdı. Futbolçularım lazımi anda yaxşı müdafiə oluna bildilər”.
O, heyətdə itkilərlə üzləşdiklərini bildirib: “Bəzən düşünmədiyimiz elə hallar yaşanır ki, komandanı tam əldə saxlamaq çətin olur. Çox vacib oyunçularımız zədələndi. İstərdim ki, bu gün komandam daha hazırlıq olsun. Amma sıx qrafikimizə baxanda futbolçular çox yorulur. Təkcə fiziki olaraq yox, psixoloji gərginlik, yorğunluq var. Hər 2-3 gündən bir oyuna hazırlaşmaq o qədər asan deyil. Çalışacam ki, hazırlığımız daha da yaxşı olsun”.
“Qarabağ”ın çalışdırıcısı 10-cu dəfə avrobkubokların qrup mərhələsinə vəsiqə qazanmalarına belə münasiət bildirib: “Təcrübəmiz var. Sadəcə bu təcrübədən düzgün istifadə etmək üçün, komandanın tam hazır, sağlam olması lazımdır. Vaxtımız olacaq. Bəzi oyunçuları geri qaytaracağıq. Görək sabah püşkatmada nə olur. Sonra dərindən fikirləşəcəyik”.
Qurbanov qapıçı Şahruddin Məhəmmədəliyevi gözdən çıxarmadığını qeyd edib: “Elə fikrimiz yoxdur. Şahruddin bizim oyunçumuzdur. Sadəcə düşünmədiyimiz hallar yaşanır, düşünmədiyimiz hadisələr baş verir. Ona görə bəzən komandada 1 yox, 4 qapıçı saxlayırıq, 11 futbolçu yox, 20-22 oyunçu olur. Rotasiyalar edə bilək. Şahruddinin qarşıdakı matçlarda oynamaq ehtimalı var”.
“Qarabağ”ın çalışdırıcısı Marko Yankoviçin durumuna da toxunub: “Ciddi bir şey yoxdur. Toqquşma oldu, ağrı hiss etdi. Sabah vəziyyətinə tam aydınlıq gələcək”.
Qurbanov püşkatmadan gözləntiləri haqda sualı belə cavablandırıb: “Məndə heç vaxt belə düşüncə olmayıb ki, hansı ölkənin komandası ilə qarşılaşmaq istəyərdik, ya yox. Amma futbolun inkişafı üçün, bu idman növünü daha da sevdirmək üçün, azarkeşlər böyük klubları burada görmək istəyir. Dəfələrlə bu hallar yaşanıb. “Böyük beşlik”dən olan komandaları Bakıda görmək hər bir azarkeş üçün maraqlıdır. Kim olursa-olsun narazılıq bildirməyəcəyik.Əksinə, böyük komandalar olanda, böyükhesabla məğlub olmaq böyük riskdir, onları canlı görmək xoş olub. Həm məşqçiləri ilə ünsiyyətdə olmaq, mənim üçün maraqlıdır. Böyük klublar da düşsə, narazı olmayacam, sevinəcəm”.
Mütəxəssis komandasının qapısına təyin olunan, sonradan ləğv edilən penalti epizoduna da toxunub: “Həmin anda bir neçə variant düşündüm. Əksinə, tam sakitləşdim. İlk fikrim o oldu ki, futbolçuları sakitləşdirəm. Ümumən desəm ki, qlobal nəsə fikrim oldu, xeyr”.
Qurban Qurbanov hakimi təcrübəsini qeyd edib: “La Liqada 200 oyun, eləcə də "El Klassiko"nu idarə edib, az təcrübəsi yoxdur. Hakimlər haqda o qədər də fikir bildirmirəm. Sadəcə VAR-ın bu tərəfləri də var. Hətta orada da düzgün qərar qəbul etmək bəlkə də asan deyildi. Rəqibin baş məşqçisinin sözlərinə fikir bildirmək istəmirəm. Başa düşürəm. Belə oyunda əgər elə epizodlar olubsa, istər-istəməz neqativ fikirlər olacaq. Mən də bu situasiyada olmuşam. Məncə, təcrübəli hakimlər bir o qədər fikir bildirmək doğru olmaz”.
Mütəxəssis transfer çalışmalarından da söz açıb: “Ayın 5-nə kimi hansısa transferi həyata keçirməyə çalışacağıq. Danışılar gedir, baxırıq, nəzərdən keçiririk. Mütləq 1-2 transfer etmək istəyərdik”.
O, məsuliyyətərinin artdığını vurğulayıb: “Hər il qruplarda oynamaq, belə uğur əldə etmək, həm rəhbərliyə mənə, futbolçulara əlavə məsuliyyət və inam verir. Baxmayaraq ki, çempionatda bizim böyük problemlərimiz olur. Amma böyümək üçün mütləq belə çətinlikləri düzgün analiz edib, düzgün qəbul etməli və hazır olmalıyıq. 10 rəqəmini tamamlamaq istəyirdik. Yəqin ki, budəfəki nəticə hansısa illərdən mənim üçün daha önəmli oldu”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- “Neftçi”də maliyyə böhranı
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi
-
17:52
"Qızıl top" sahibinə nə vaxt qovuşacaq?
-
16:44
Azərbaycanın amputant millisi Yunanıstana qalib gəlib
-
16:38
Silvinyo: "Azərbaycan millisi bizi çətin vəziyyətə sala bilər"
-
15:19
Ayxan Quseynov "Turan Tovuz"la yeni müqavilə imzaladı
-
14:51
DÇ: Azərbaycan şahmatçısı vahid lider oldu
-
14:27
Azərbaycan - Albaniya: 19 manatdan 221 manatadək...
-
13:46
Azərbaycan paraüzgüçüləri Dünya Seriyasında iştirak edəcəklər
-
13:15
Azərbaycanla oyunu canlı izləyəcək
-
12:33
Həndbol millimiz Rusiyaya yollanıb
-
12:08
“Şamaxı”da daha bir ayrılıq