Ölkə futbolu
“Səbail”in “səyyah”ı: “...azərbaycanlılar futbolu sevmirlər” (MÜSAHİBƏ)
“Səbail”in müdafiəçisi Adi Mehremiç Futbolxeber.az saytına müsahibə verib.
“TOVUZDA HƏM DƏ ŞƏHRİYAR RƏHİMOV ÜÇÜN MÜBARİZƏ APARIRDIQ”
- Dördüncü turda “Səbail” qələbə həsrətinə son qoydu. “Turan Tovuz” üzərində qələbəni necə şərh edərdiz?
- Səfərə qələbə üçün yollanmışdıq. Matçın startı da göstərdi ki, 3 xal qazanmağımız mümkündü. Oyuna yaxşı başladıq, erkən qol vurmağa müvəffəq olduq. Çətin oyun olsa da, xarakter nümayiş etdirdik və qalib gəldik. Həm də Şəhriyar Rəhimov üçün mübarizə aparardıq. Allah rəhmət eləsin. Şəxsi tanışlığım olmasa da, komandada onu tanıyan hər kəs haqqında yalnız müsbət fikirlər səsləndirir.
- İlk 3 turla müqayisədə “Səbail”də nə dəyişdi ki, komanda uğursuzluq zolağından çıxa bildi?
- Əslində, biz ilk 3 turda da pis oynamamışdıq. Sadəcə fərdi səhvlər qələbə qazanmağımıza imkan vermirdi. Budəfəki görüşə həftə boyu çox ciddi hazırlaşdıq. “Turan Tovuz”a qarşı kompakt, diqqətli çıxış etdik. Az səhvlərə yol verdik ki, bu da yekunda qalib gəlməyimizə səbəb oldu.
- Bu qələbənin ardını gətirmək mümkün olacaq?
- Bizim üçün bir qələbə çox vacib idi ki, klubdakı atmosfer qaydasına düşsün. Çünki ardıcıl uğursuz oyunlardan sonra istər-istəməz gərginlik yaranır. Çalışacağıq ki, növbəti oyunlarda da heç nədən xal itirməyək. Əgər səhvlərə yol verməsək, işimizə ciddi yanaşsaq, qələbələr gələcək.
“QARABAĞ” AZƏRBAYCANIN ƏN GÜCLÜSÜDÜR"
- Lakin unutmayaq ki, növbəti oyununuz “Qarabağ”ladı...
- Bəli, “Qarabağ”a qarşı oynayacağıq. Bilirəm ki, “Qarabağ” Azərbaycanın ən güclü klubudu. Hazırda UEFA Avropa Liqasında mübarizə aparırlar. Həftə arası da oyunları var. Buna görə də ola bilər ki, bizimlə matça əsas heyətlə çıxmasınlar. Bu da bizim üçün üstünlük olacaq.
- “Səbail”in heyətində yenisiz. Artıq komandaya tam uyğunlaşdığınızı söyləmək olar?
- Bəli, artıq komandaya tam adaptasiya olmuşam. Burada çoxları rus dilini bilir. Həm də Azərbaycan mənim çıxış etdiyim 11-ci ölkədi (gülür). Bu səbəbdən də uyğunlaşma ilə bağlı ciddi problem yaşamıram. Düzdür, bəzən elə ölkələr olur ki, adama uyğunlaşmaq çətinliklə üzləşir. Lakin mən ilk gündən burada özümü yaxşı hiss edirəm. Komandada hər kəs məni yaxşı qarşıladı.
- Maraqlıdır, rus dilini harada öyrənmisiz?
- Ukraynada çıxış edərkən. 2018/19 mövsümün “Karpatı”da keçirmişəm. Rus dilini də həmin vaxt öyrənmişdim.
“FUTBOL AĞIR BİZNESDİR”
- Özünüz də qeyd etdiz ki, Azərbaycan çıxış etdiyiniz 11-ci ölkədi. Buna qədər Slovakiya, Latviya, Çexiya, Avstriya, Ukrayna, Portuqaliya, Polşa, İsrail, Türkiyədə legioner həyatı yaşamısız. Tez-tez klub dəyişməyinizə səbəb nədir?
- Futbol ağır biznesdir. Hər zaman işlər sən istəyən kimi getmir. Hansısa klubda məşqçi dəyişir, yaxud rəhbərlikdə əvəzləmə olur. Yeni məşqçi gələndə adətən öz tanıdığı futolçuları heyətə qatır. Mən isə heç vaxt ikinci olmağı xoşlamıram. Eləcə də ürəyimcə olmayan atmosferdə qala bilmirəm. Hər zaman özümü müxtəlif ölkələrdə sınamaq isətmişəm. Mənə belə rahatdı.
- Son olaraq “İstanbulspor”da forma geymisiz. Məlum məsələdir ki, Türkiyə Superliqası ilə Azərbaycan Premyer Liqasını tərəzinin eyni gözünə qoymaq olmaz. İki çempionat arasında əsas fərqlər hansılardır?
- Türkiyə Superliqası dünyada ən güclü çempionatlardan biridir. Yaxşı futbolçular var, istər yerli, istər legionerlər. Maliyyə dayaqları çox güclüdür. Stadonların vəziyyəti əladır, atmosfer çox yaxşıdır. Türkiyə böyük, əzəmətli dövlətdir. Ayyarımdı burdayam. Deyə bilərəm ki, Azərbaycan çempionatı da heç də zəif deyil. Burada da yaxşı futbolçular var. Azərbaycan klubları avrokuboklarda uğurla çıxış edir. Bilirəm ki, “Qarabağ” mütəmadi olaraq avrokubokların qrup mərhələsində mübarizə aparır. Cari mövsüm “Neftçi” və “Sabah” da pis təsir bağışlamadılar.
- Lakin avrokuboklarla müqayisədə çempionat oyunlarına azarkeş gəlmir...
- Belə görünür, azərbaycanlılar futbolu çox sevmirlər (gülür). Nə etmək olar? Azsaylı azarkeşlərimiz olsa da, onları sevindirməyə çalşırıq. Ümid edək ki, stadionlarda gələcəkdə daha çox azarkeş görəcəyik.
“NEFTÇİ” SƏFƏRDƏ O QOLU VURMASAYDI...”
- Avrokuboklardan söz düşmüşkən, sabiq klubun “Jelezniçar”ın “Neftçi” ilə Bakıdakı oyununu stadiondan izlədiz?
- Bəli, stadiondaydım. Maraqlı görüş idi. Düşünürəm ki, “Neftçi” layiqli qələbə qazandı. Məncə, səfər oyunun son dəqiqələrində vurulan qol “Neftçi”nin mərhələ adlamasında həlledici rol oynadı. Səfərdə həmin qolu vurmasaydılar, “Jelezniçar” 2:1 hesablı qələbə qazansaydı, burada müdafiəyə daha çox diqqət ayıracaqdılar və biz tam başqa cür gedişat izləyə bilərdik.
- Söhbətimizə “Səbail”lə başladıq, elə hazırkı klubunuzla da bitirək. Komanda bu mövsüm nəyə ümid edə bilər?
- Məncə, “Turan Tovuz”la görüşdə olduğu kimi oynasaq, rahat şəkildə ilk “altılığ”a düşə bilərik. Sadəcə hər matçda mübarizə aparmaq, oyundan-oyuna artırmaq lazımdı.
- Lakin nəzərə alaq ki, ilk “altılıq” heç nə vermir. Avrokuboklar üçün “altılığ”a yox, ilk “dördlüy”ə düşmək lazımdı...
- Elədi, ancaq indidən nəsə demək olmaz. Hər şey mövsümün gedişində məlum olacaq. Çempionat yenicə start götürüb. Bizi qarşıda uzun marafon gözləyir.
İbrahim CƏFƏROV
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- “Neftçi”də maliyyə böhranı
-
11:16
“Araz-Naxçıvan”ın hazırlıq planı məlum oldu
-
10:00
Azərbaycan millisi Ermənistana qarşı
-
09:52
Avro-2024: Türkiyə millisinin yekun heyəti açıqlandı
-
09:30
Millimiz Albaniyaya belə uduzdu VİDEO
-
23:36
Arif Əsədov: “Nəticədən yox, komandanın oyunundan razıyam”
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi
-
17:52
"Qızıl top" sahibinə nə vaxt qovuşacaq?
-
16:44
Azərbaycanın amputant millisi Yunanıstana qalib gəlib
-
16:38
Silvinyo: "Azərbaycan millisi bizi çətin vəziyyətə sala bilər"
-
15:19
Ayxan Quseynov "Turan Tovuz"la yeni müqavilə imzaladı
-
14:51
DÇ: Azərbaycan şahmatçısı vahid lider oldu