8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Musa Qurbanlı: “Het-trik mükəmməl olardı”

“İsveçə gələndən bunu xəyal edir və gözləyirdim. Heyrətamiz idi”.

Futbolxeber.az saytının məlumatına görə, bunu “Yurqorden” klubunun azərbaycanlı futbolçusu Musa Qurbanlı İsveç çempionatının XXI turunda “Deqerfors”la oyunda dubl etməsi barədə danışarkən deyib.

Komandasının 4:1 hesablı qələbəsinə iki qol və bir məhsuldar ötürmə ilə töhfə verən 21 yaşlı hücumçu 58-ci dəqiqədə penaltini qola çevirə bilməməsinə də münasibət bildirib: “Het-trik mükəmməl olardı. Bir gün əvvəlki məşqdə 20 dəqiqə penaltilər üzərində çalışdım. Əlimdən gələni etsəm də, zərbəni qola çevirə bilmədim. İki qol da pis deyil”.

Qeyd edək ki, “Yurqorden” hazırda 37 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30