29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

”Xəzər Lənkəran” ”Qarabağ”la oyuna hazırlaşır

Azərbaycan Superkubokunun qalibi olan “Xəzər Lənkəran” doğma şəhərinə dönüb. Futbolxeber.az-ın məlumatına görə, şəhərin girişində və stadionda azarkeşləri tərəfindən coşğu ilə qarşılanan komanda dünən “Qarabağ”la oyunun hazırlığına start verib. Səhər məşqini Lənkərandakı bazasının fitness zalında keçirən “Xəzər Lənkəran” Covanni Melkiorrenin rəhbərliyi altında fiziki təmrinləri yerinə yetirib. Axşam məşqini isə komanda əsas meydanda keçirib və futbolçular saat yarım ərzində taktiki planda müxtəlif tapşırıqları yerinə yetiriblər. Hazırda "Xəzər Lənkəran"da yalnız Junior Nildo zədədən əziyyət çəkir. Braziliyalı futbolçu artıq dünəndən başlayaraq fərdi məşqlərə başlayıb. Bu gün “Xəzər Lənkəran” “Qarabağ”la oyun öncəsi son məşqinə çıxacaq.

lankaranfc.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31