Ölkə futbolu
Aslan Kərimov: "Olimpiya"da "Qarabağ"a qalib gələcək potensial var"
"Gərgin bir oyun izlədik. Düzü, izlədik desək, yalan olar. Texniki səbəblərdən oyuna yarımçıq baxa bildik. Halbuki bu qarşılaşmanı səbirsizliklə gözləyirdik".
Futbolxeber.az saytına müsahibəsində bu sözləri futbol mütəxəssisi Aslan Kərimov UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən "Olimpiya" - "Qarabağ" (0:2) oyunu haqda danışarkən deyib.
O, Ağdam klubunun həm hücumda, həm də müdafiədə inamıı təsir bağışladığını bildirib: "Son dövrlərdə "Qarabağ"ın belə aqressiv hücum futbolu oynadığını xatırlamıram. Çox yaxşı oynayırdılar, topu çətin epizodlarda belə itirmirdilər. Rəqibin pressinqi altında da oynaya bilirdilər. Komanda tempi öz əlində saxlamağı bacarırdı. Əslində topa sahibolma komandamızın əsas kriteriyalarından biridir. İlk hissədə düşünürəm ki, buna yüksək səviyyədə nail oldular. Rəqibin hücumlarının təşkilində belə topun ətrafında çoxluq yaratmağı bacarırdılar. Nəticədə rəqibin hücum potensialı aşağı düşürdü. Birinci hissədə bunu bacararaq komandamız 2 qol vurdu. Pley-offda zəif rəqib yoxdur. "Olimpiya" klubunun hücum potensialı yüksəkdir. 2-ci hissədə bu komanda oyunu öz əlinə ala bildi. Bununla belə, "Qarabağ" müdafiə xəttində konsentrasiyanı pozmadı. Bu səbəbdən qol buraxmadan qələbə qazana bildilər".
A.Kərimov "Qarabağ"ın 70 faiz cütün taleyini həll etdiyini düşünür: "Səfərdəki qələbə artıq mərhələ adlamağa, qrup mərhələsinə düşmək üçün atılmış böyük bir addımdır. Bunu "Sabah"la müqayisə edəsi olsaq, onlar da ilk matçda 2:0 qələbə qazanmışdılar, amma rəqib meydanda bu üstünlüyü qoruya bilmədilər. Bu, bir az da təcrübə ilə bağlıdır. Amma "Qarabağ"ın evdə 2 top fərqlə məğlub olacağını düşünmürəm. 2 top fərqi ilə qələbəni qorumaq da asan deyil. Oyunun ikinci hissəsində Sloveniya klubunun necə hücum potensialına malik olduğunu gördük. Bu baxımdan düşünürəm ki, böyük bir addım olsa, bu qələbə hər şey demək deyil. Məsələnin 70 faizini həll etmişik".
Aslan Kərimov qələbəyə baxmayaraq, Qurban Qurbanovun cavan oyunu öncəsi ehtiyatlı danışmasına belə münasibət bildirib: "4:0 da qalib gəlsəydilər, baş məşqçidən bu sözləri eşidərdik. İnanmıram ki, hansısa baş məşqçi ilk oyundakı qələbədən sonra artıq mərhələ keçmişik deyə açıqlama verər. Baş məşqçilər həmişə ehtiyatlı danışmağa üstünlük verirlər. Amma hesab edirəm ki, "Olimpiya"da "Qarabağ"a qalib gələcək potensial var. Əgər komandamız cavab oyununa ciddi yanaşmasa, "Olimpiya"nın 2 topluq fərqi qaytara bilər. Bununla belə, Ağdam təmsilçisinin oyuna belə laqeyd yanaşacağını hesab etmirəm. Digər tərəfdən biz doğma azarkeşlər qarşısında oynayacağıq. Hava şəraiti də bizə kömək edəcək. Ona görə də hər şey "Qarabağ"dan asılıdır".
Mütəxəssis qapı xəttindəki dəyişikliyə də toxunub: "Mənə elə gəlir ki, bu qədər səhvdən sonra baş məşqçi Şahruddini dəyişmək məcburiyyətində idi. Gürcüstanlı qapıçı Luka əslində daxili çempionatda stabil oyun nümayiş etdirməyə başladı. Avropa ilə bir olmasa da, bu stabilliyi qoruyub saxladı. Biri var 4-5 oyunda bir səhv edəsən, amma Şahruddin 1 oyunda 1 səhv edirdi. Ona görə də bu məcburiyyət altında atılan bir addım idi. Hesab edirəm ki, doğru qərardır".
Kərimov yeni transfer Mateus Siıvanın debüt oyununda xoş təsir bağışladığını vurğulayıb: "Silva oyuna daxil olan kimi qol imkanı əldə etdi. Müdafiəçi olub hücuma qoşulması futbol aləmi üçün yenilik deyil, bugünkü vəziyyətin tələbidir. Bir müdafiəçinin hücumçu kimi bacarığının olması şərtdir. Hesab edirəm ki, "Qarabağ"ın oyun üslubunda hər 2 cinah müdafiəçisi hücumda özlərini göstərə bilirlər. Toral, Veşoviç, Cəfərquliyev də hücuma qoşulmağı bacarırlar. Braziliyalı cinah müdafiəçisi Silvanın oyunu qarşıdakı matçlarda kəskin görünəcək. Texnikalı futbolçuya oxşayır və yaxşı sürətə malikdir. Bu transferlə Ağdam təmsilçisi ən yaxşısını edib. Qrup mərhələsində Silvanı əsas heyətdə görəcəyik".
Azad NURİYEV
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Bir fotonun qorxusu... - QEYD
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- “Neftçi”də maliyyə böhranı
- İcraiyyə Komitəsi legioner limiti ilə bağlı qərar qəbul etdi
- Mövsümün bəxtsizi - “Səbail”
-
13:33
Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb
-
12:48
3x3 basketbol millimiz təlim-məşq toplanışına yollanıb
-
12:20
“ÇL-də əvvəlkilərdən daha yaxşı nəticə göstərəcəyimizə ümid edirəm”
-
11:56
Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşdi
-
11:31
Arif Əsədov: “Milliyə çağırılan oyunçuların hamısına şans vermək istəyirik”
-
10:19
Millimizin rəqibinin heyəti açıqlanıb
-
10:04
Cəlal mövsümün son oyununda qələbəyə sevindi
-
09:47
Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram"
-
21:34
Millimizin heyəti açıqlandı
-
21:22
Azərbaycan millisini yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi
-
21:00
Azərbaycanda futbol mövsümünün ən yaxşıları mükafatlandırıldı FOTOLENT
-
19:17
Azərbaycan boksçusundan uğurlu start
-
18:50
Bakıda UEFA-nın dəstəyi ilə festival keçirilib
-
18:28
Sxadadze daha 3 il "Qəbələ"də
-
17:39
Azərbaycan Cüdo Federasiyasının prezidenti dünya çempionları ilə görüşüb
-
17:02
"Sumqayıt"ın əvəzolunmazı
-
16:41
II Liqaya vəsiqə uğrunda pley-off oyunlarının vaxtı açıqlandı
-
16:14
Kapitan: “Məqsədimiz yenidən Avropa çempionu olmaqdır”
-
15:56
7 güləşçimiz Gürcüstanda medal qazanıb
-
15:35
Minifutbol Federasiyasının vitse-prezidenti: “Titulu qorumaq istəyirik”
-
15:23
Son turda mövsümün rekordu
-
15:07
Millimizin baş məşqçisi: “Ötən Avropa çempionatı ilə müqayisədə daha da güclənmişik”
-
14:59
AFFA-dan I Liqanın qalibinə "yaşıl işıq"
-
14:48
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
-
14:32
Mahmudov “Neftçi”nin tarixinə düşdü
-
14:24
Minifutbol millimizin açıq məşqi keçirilib
-
14:16
Azərbaycan sumoçuları Avropa çempionatında 11 medal qazanıblar
-
14:03
Azərbaycan millisinin heyətində dəyişiklik
-
13:27
"Barselona" mövsümü qələbə ilə başa vurdu VİDEO
-
13:15
"Qəbələ" 6 legionerlə vidalaşdı
-
12:54
Klub rəhbəri Ayxan Abbasovun işinə qiymət verdi
-
12:40
Bədavi Hüseynov: “İnanmazdım ki, 10 qat ölkə çempionu olacağam”
-
12:31
Mahir mövsümün son oyununda oynadı
-
12:19
"Turan Tovuz" yeni mövsümdə avrokuboklar üçün oynayacaq
-
11:52
Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb
-
11:28
Rəşad Sadıqovdan yubiley qələbəsi
-
11:05
Brkiç: “Azarkeşlərdən üzr istəyirəm”
-
10:46
Azərbaycan Voleybol Federasiyası Qaxda təlim-məşq toplanışı təşkil edib
-
10:24
"Roma"nın məğlubiyyəti VİDEO
-
10:13
Azərbaycan cüdoçuları Avropa Kubokunu beş medalla başa vurublar
-
09:57
"Atalanta" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:49
Elvin Cəfərquliyev: “Çempionluq asan əldə olunmur”
-
09:30
Əyyub Allaş "Qəbələ" ilə vidalaşdı
-
23:45
2023/2024 mövsümünün mükafatlandırma mərasimi VİDEO
-
22:34
"Araz-Naxçıvan" - "Qarabağ" matçında 4 qol VİDEO
-
22:16
“Hamı bu anı səbirsizliklə gözləyir”
-
21:57
Elmar Baxşıyev: “Mən təzyiqləri "Qəbələ"də də hiss etmişəm”
-
21:24
Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə yekun vuruldu
-
21:08
Azərbaycanın sərbəst güləş millisi Avropa çempionu oldu
-
20:12
Ayxan Abbasov: “Bakıda 5-6 meydança var, onları da sökürlər”