Ölkə futbolu
Millət vəkili: “Qarabağ” Azərbaycan futbolunda xüsusi təyinatlı ordu bölüyüdür”
Millət vəkili Fazil Mustafa dünən “Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsinin ilm oyununda Sloveniyada “Olimpiya” üzərində qazandığı 2:0 hesablı qələbəni şərh edib.
Futbolxeber.az saytının məlumatına görə, millət vəkili “QARABAĞ” VƏ QARAGÜRUH” başlıqlı paylaşımında bunları yazıb:
“Qurban Qurbanov futbolumuzun səviyyəsini Avropa standartlarına qaldırdı. Bir neçə ildir ki, "Qarabağ" komandası futbolu azərbaycansayağı oynamır. Dünənki oyunda isə əsasən yenilənmiş heyətlə ənənəvi sistemi yerinə oturtdu. Polşa çempionu ilə oyunda bu sistem tam olaraq işləmədiyinə görə komanda tur adlaya bilməmişdi. Bu komanda öz potensialından da irəli gedəcək, çünki sadə bir strategiyası var: Azərbaycana, onun insanına hər oyunda epizodik də olsa sevinc yaşatmaq, həzz vermək. Bu arada, həm də yoxsulluq sıxıntısı da çəkmirsən, yaxşı pul da qazanırsan, futbolçu da komandanın hesabına öz karyerasına işləyə bilir. Dünən ortabab hesab etdiyimiz futbolçular bu gün Avropa və Asiya klublarına transfer olunurlar. Kaş ki, Qurbanı da layiqincə əvəz edən olsaydı və aparıcı Avropa və ya Türkiyə klublarının birində qabiliyyətini daha böyük platformalarda göstərə biləydi.
Bəllidir ki, bizdə siyasi qaragüruh yeni dövrə qətiyyən tranformasiya oluna bilmədi. Yeni dövr deyəndə Qarabağın işğaldan əsasən azad olunmasından başlayan dövrü nəzərdə tuturam. Hətta milli tariximizdə böyük sayılacaq hadisədən sonra siyasi qaragüruhumuzun öncülü olan kərimovçular dini qaragüruhumuzun öncülü olan kəriməçilərlə birləşərək mövcud hakimiyyət obrazında bütövlükdə Azərbaycan dövlətinə düşmən kəsildilər. Bunlarla yanaşı bizim həm də milli koloritimizlə zəngin olan azman sayda ictimai qaragürühumuz var. Bunlar da dahi Rablenin Pantaqrueli kimi qarın-mədə üzərindən həyata baxışı şəkilləndirib hər platformada faydalı iş görən insanları fişləməklə keçinirlər. Məhz bu ictimai qaragüruhun bir ay öncə Qurban və "Qarabağ" üzərinə sadəcə bir oyunda məğlubiyyətdən sonra total hücumunun təhlükəsini həm də Qarabağ məsələsində Azərbaycan dövlətinin apardığı nəhəng və riskli işlər fonunda kiçicik bir uğursuzluq hadisəsinə münasibətdə görəcəyimizi proqnozlaşdırdığıma görə ciddi narahatçılıq keçirirəm. Şükür ki, həm bu "Qarabağ"da, həm də o Qarabağda Avropadan, Asiyadan gələn hakimlərin hücumları qarşısında dirənişimizi göstəririk, cəsarətlə irəli gedib qolumuzu da vururuq, ancaq içimizdəki siyasi qargüruhumuz qədər ictimai qaragüruhumuzun da bu düzəni poza biləcəyini heç vaxt gözardı etməməliyik. Əldə etdiyinin dəyərini bilməyənlər, ona qiymət də ölçə bilməzlər. Bizdə "Qarabağ"ın əldə etdiyinin dəyərini bilməyənlərin sayı Azərbaycan dövlətinin Qarabağda əldə etdiyinin dəyərini bilməyənlərin sayına, komasına, topasına tam mütənasibdir. Səbəb birdir: sevgi azlığı. Söhbət yalnız vətən sevgisindən getmir, bu, eyni zamanda özünün insan kimi mövcudluğuna sevginin azlığıdır. Bu isə bütün uğurlu və faydalı insanlara qarşı nifrəti körükləyən əsas amildir.
Dünənki Sloveniyada səfər oyunu bir daha göstərdi ki, "Qarabağ" Azərbaycan futbolunda xüsusi təyinatlı ordu bölüyüdür. Ordumuzda qəhrəmanlarla yanaşı, Tərtər hadisələrindəki parazitlər də boy ata bilər, ancaq xüsusi təyinatlılarımız öz işini yaxşı bilir və savaşı yenilməz bir iradə ilə aparırlar.
Şəhidli, qazili, alimli, siyasətçili, idmançılı, məmurlu, yazarlı, müəllimli, həkimli, sürücülü, azarkeşli - fərq etməz, bu Vətənə, bu millətə QURBAN olanların dəyərini bilsək, irəliləyəcəyik, kamilləşəcəyik, böyüyəcəyik. Xeyir verməsəniz də, heç olmazsa hər sahədə haqqına uğur qazanan insanların ətini yeyib, qanını içməklə keçinən qaragüruhun sıralarında yer almayın”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Bir fotonun qorxusu... - QEYD
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- “Neftçi”də maliyyə böhranı
- İcraiyyə Komitəsi legioner limiti ilə bağlı qərar qəbul etdi
- Mövsümün bəxtsizi - “Səbail”
-
13:33
Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb
-
12:48
3x3 basketbol millimiz təlim-məşq toplanışına yollanıb
-
12:20
“ÇL-də əvvəlkilərdən daha yaxşı nəticə göstərəcəyimizə ümid edirəm”
-
11:56
Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşdi
-
11:31
Arif Əsədov: “Milliyə çağırılan oyunçuların hamısına şans vermək istəyirik”
-
10:19
Millimizin rəqibinin heyəti açıqlanıb
-
10:04
Cəlal mövsümün son oyununda qələbəyə sevindi
-
09:47
Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram"
-
21:34
Millimizin heyəti açıqlandı
-
21:22
Azərbaycan millisini yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi
-
21:00
Azərbaycanda futbol mövsümünün ən yaxşıları mükafatlandırıldı FOTOLENT
-
19:17
Azərbaycan boksçusundan uğurlu start
-
18:50
Bakıda UEFA-nın dəstəyi ilə festival keçirilib
-
18:28
Sxadadze daha 3 il "Qəbələ"də
-
17:39
Azərbaycan Cüdo Federasiyasının prezidenti dünya çempionları ilə görüşüb
-
17:02
"Sumqayıt"ın əvəzolunmazı
-
16:41
II Liqaya vəsiqə uğrunda pley-off oyunlarının vaxtı açıqlandı
-
16:14
Kapitan: “Məqsədimiz yenidən Avropa çempionu olmaqdır”
-
15:56
7 güləşçimiz Gürcüstanda medal qazanıb
-
15:35
Minifutbol Federasiyasının vitse-prezidenti: “Titulu qorumaq istəyirik”
-
15:23
Son turda mövsümün rekordu
-
15:07
Millimizin baş məşqçisi: “Ötən Avropa çempionatı ilə müqayisədə daha da güclənmişik”
-
14:59
AFFA-dan I Liqanın qalibinə "yaşıl işıq"
-
14:48
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
-
14:32
Mahmudov “Neftçi”nin tarixinə düşdü
-
14:24
Minifutbol millimizin açıq məşqi keçirilib
-
14:16
Azərbaycan sumoçuları Avropa çempionatında 11 medal qazanıblar
-
14:03
Azərbaycan millisinin heyətində dəyişiklik
-
13:27
"Barselona" mövsümü qələbə ilə başa vurdu VİDEO
-
13:15
"Qəbələ" 6 legionerlə vidalaşdı
-
12:54
Klub rəhbəri Ayxan Abbasovun işinə qiymət verdi
-
12:40
Bədavi Hüseynov: “İnanmazdım ki, 10 qat ölkə çempionu olacağam”
-
12:31
Mahir mövsümün son oyununda oynadı
-
12:19
"Turan Tovuz" yeni mövsümdə avrokuboklar üçün oynayacaq
-
11:52
Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb
-
11:28
Rəşad Sadıqovdan yubiley qələbəsi
-
11:05
Brkiç: “Azarkeşlərdən üzr istəyirəm”
-
10:46
Azərbaycan Voleybol Federasiyası Qaxda təlim-məşq toplanışı təşkil edib
-
10:24
"Roma"nın məğlubiyyəti VİDEO
-
10:13
Azərbaycan cüdoçuları Avropa Kubokunu beş medalla başa vurublar
-
09:57
"Atalanta" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:49
Elvin Cəfərquliyev: “Çempionluq asan əldə olunmur”
-
09:30
Əyyub Allaş "Qəbələ" ilə vidalaşdı
-
23:45
2023/2024 mövsümünün mükafatlandırma mərasimi VİDEO
-
22:34
"Araz-Naxçıvan" - "Qarabağ" matçında 4 qol VİDEO
-
22:16
“Hamı bu anı səbirsizliklə gözləyir”
-
21:57
Elmar Baxşıyev: “Mən təzyiqləri "Qəbələ"də də hiss etmişəm”
-
21:24
Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə yekun vuruldu
-
21:08
Azərbaycanın sərbəst güləş millisi Avropa çempionu oldu
-
20:12
Ayxan Abbasov: “Bakıda 5-6 meydança var, onları da sökürlər”