8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Qurban Qurbanov: “Olimpiya” güclü rəqibdir”

“Olimpiya” güclü rəqibdir, çox yaxşı oyun üslubu var”.

Futbolxeber.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının pley-off mərhələsində “Olimpiya” ilə keçiriləcək ilk oyun üçün Sloveniyaya yollanmamışdan əvvəl Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib.

51 yaşlı mütəxəssis həlledici mərhələdə olduqlarını söyləyib: “Düzgün köklənmək üçün maksimum dərəcədə çalışacağıq. İnanıram ki, futbolçularımın təcrübəsi yorğunluğu aradan qaldıracaq. Onlar yaxşı oyun göstərmək üçün əllərindən gələni edəcəklər. Azarkeşlər üçün maraqlı mübarizə olacaq”.

Baş məşqçi sıx qrafikdə çıxış etdikləri üçün yorğunluq olduğunu gizlətməyib: “Matça hazırlıq zamanı komandada yorğunluğun azalmasına çalışdıq. Son vaxtlar 3-4 gündən bir oyuna çıxırıq, səfərlər edirik. Vəziyyəti tam tənzimləyə bilməmişik”.

Qurban Qurbanov yalnız iki oyunçunun zədədən əziyyət çəkdiyini söyləyib: “Bədavi Hüseynov və Marko Veşoviçdən başqa, digərlərində hər şey qaydasındadır”.

Qeyd edək ki, avqustun 24-də Lyublyanada keçiriləcək “Olimpiya” - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30