8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

“Qarabağ” yeni transferlərinin adını “Olimpiya” ilə oyunların iştirak ərizəsinə əlavə edib

“Qarabağ” yeni transferləri Andrey Lunyov və Mateus Silvanın adını UEFA Avropa Liqasının pley-off mərhələsində Sloveniyanın “Olimpiya” klubu ilə keçiriləcək oyunların iştirak ərizəsinə əlavə edib.
 
Futbolxeber.az saytının məlumatına görə, rusiyalı qapıçı və braziliyalı müdafiəçi avqustun 24-də Lyublyanada, 31-də isə Bakıda keçiriləcək görüşlərdə məşqçilər korpusunun sərəncamında olacaqlar. Lunyov 99, Silva isə 2 nömrəli formada çıxış edəcək.
 
Qeyd edək ki, azad agent kimi heyətə cəlb olunan qapıçı Andrey Lunyovla 1+1 illik müqavilə bağlanıb. Sağ cinah müdafiəçisi Mateus Silva isə Bolqarıstanın “Lokomotiv” (Plovdiv) klubundan transfer edilib. 25 yaşlı oyunçu Azərbaycan çempionu ilə 2+2 illik sözləşmə imzalayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30