8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

“Qarabağ”ın “Olimpiya” ilə oyunlarını niyə CBC Sport yox, “İdman TV” yayımlayacaq?

"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsində Slovemiya “Olimpiya”sına qarşı keçirəcəyi oyunları turnirin ölkəmizdə yayım hüququna malik olan CBC Sport kanalı deyil, “İdman TV” yayımlamayacaq. Ötən mərhələdə də Ağdam klubunun oyununu “İdman TV” yayımlayırdı. Lakin həmin vaxt bu, başadüşülən idi. Çünki 3 klubumuz avrokuboklarda mübarizəni davam etdirirdi və hər komandanın oyununu fərqli kanal yayımlayırdı.

CBC Sport-un şərhçilər qrupunun rəhbəri Rüstəm Əfsərli Futbolxeber.az saytına açıqlamasında məsələyə belə aydınlıq gətirib:

"Ötən mərhələdə oyunlar üst-üstə düşdü. "Sabah", "Neftçi" və "Qarabağ". CBC Sport-da "Neftçi" - "Beşiktaş" oyunu yayımlandı. Həmin mərhələdə "İdman Azərbaycan" kanalı "Qarabağ"ın oyununu yayımladı və komanda mərhələ adladı. Etik, eləcə də peşəkar və centlmensayağı olaraq təbii ki, bu oyunu da imkan daxilində "İdman Azərbaycan" kanalı yayımlayacaq. Burada xüsusi bir səbəb yoxdur. Bundan əvvəlki mərhələdə "Qarabağ" "İdman Azərbaycan"dakı həmkarlarımızla çalışmaq istədiyindən pley-off mərhələsində yenə onlarla davam etmək istədilər. Bu, tam təbii bir haldır".

Azad NURİYEV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30