8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Arif Əsədov: “İlk qələbənin ardından "Qəbələ" relsə düşəcək”

“3-cü turu dəyərləndirəndə maraqlı start izlədiyimizi deyə bilərik. Gözlənilməz nəticələr olur”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri milli komandamızın məşqçisi Arif Əsədov Azərbaycan Premyer Liqasında III turun oyunlarını dəyərləndirərkən deyib.

O, çempionatın maraqlı start götürdüyünü bildirib: “3 turdan sonra turnir cədvəlində də gözlənilməz mövqelər var. Bu baxımdan çempionatımız maraqlı keçir. Hər bir komanda inamlı mübarizə aparır. Onları güclü və zəif kimi hələ ki bölmək olmaz”.

Təcrübəli mütəxəssis "Qarabağ"ın debütant “Araz-Naxçıvan” üzərində çətin qələbə qazandığını vurğulayıb: “Dediyim kimi, komandaların hər biri sürpriz etməyə qadirdir. Hətta bunu dünən "Araz-Naxçıvan"ın timsalında görə bilərdik. Son anda "Qarabağ" xal itkisindən xilas olmağı bacardı. İlk turlarda belə hallar olur. Burada illərin təcrübəsi də öz sözünü dedi. "Qarabağ" hazırda iki cəhbədə döyüşür. Bu səbəbdən komanda xal itirə bilər. Rəqiblər də bundan laziminca istifadə etməyə çalışırlar. "Araz-Naxçıvan" buna çox yaxın olsa da, sonda ustalıq öz sözünü dedi”.

A.Əsədov “Qəbələ”nin mövsümə uğursuz start verməsinə də toxunub: “Gözlənilməz sürprizlərdən biri də "Qəbələ"nin xal toplamamasıdır. Düşünürəm ki, komandanın yayda çoxlu futbolçu itirməsi, heyətdəki dəyişikliklər, transfer olunan futbolçular adaptasiya ola bilməməsi əsas səbəblərdəndir. Komandaya gələnlər gedən aparıcı futbolçuların yerini doldura bilmir. İlk qələbənin ardından "Qəbələ" relsə düşəcək”.

Azad NURİYEV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30