9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Ataa Caber: “Beşiktaş”a 1 qol vurmaq belə asan deyil, o ki qala 3 qol”

“Çox yaxşı komandaya qarşı oynadıq. "Beşiktaş" keyfiyyətli futbolçuları ilə seçilir, heyətlərində dünya səviyyəli ulduzlar çıxış edir. Buna baxmayaraq, düşünürəm ki, güclü rəqibə qarşı yaxşı oyun keçirdik”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Neftçi”nin yarımüdafiəçisi Ataa Caber “Beşiktaş”a qarşı keçirdikləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu barədə danışarkən deyib.

29 yaşlı yarımmüdafiəçi 1:2 hesablı yenilginin onlar üçün dərs olduğunu bildirib: “Rəqibi təzyiqi səbəbindən müdafiədə daha çox oturmaq məcburiyyətində qaldıq. Bununla belə, rəqib qapısı qarşısında hücumlar qurmağa cəhd göstərdik. İlk qolu vurmağa nail olsaq da, bu, heç də asan başa gəlmədi. Təəssüf ki, ikinci yarıda rəqib qapımıza yol tapmağı bacardı. Bu oyundan dərs çıxarmalıyıq”.

İsrailli futbolçu İstanbul nəhənginə qarşı oynamağın çətin olduğunu vurğulayıb: “Bəli, rəqib azarkeşlər komandalarına güclü dəstək verirdilər. Lakin bu cür atmosferdən çox "Beşiktaş"a qarşı oynamaq daha çətindir. Onlar olduqca yaxşı, keyfiyyətli komandadır. Bu kollektivə qarşı hətta top klublar belə əziyyət çəkir”.

Ataa Caber qeyd edib ki, “Beşiktaş” kimi rəqibə 3 qol vurmaq olduqca çətindi: “Hesabı açmağımız çox xoş idi. İkinci yarıda hesabda geri düşdükdən sonra yenidən fərqlənmək üçün çalışırdıq. Əvvəldən işimizin çətin olduğunu bilirdik, İstanbulda üç qol vurmalı idik. Gəlin etiraf edək ki, “Beşiktaş”a 1 qol vurmaq belə asan deyil, o ki qala 3 qol”.

“Neftçi”nin üzvü qeyd edib ki, bundan sonra bütün diqqətlərini Azərbaycan Premyer Liqasına yönəldəcəklər: “İlk 2 turdan sonra hesabımızda cəmi 1 xal var. Ona görə də növbəti turda “Sabah”la matça yalnız qələbə üçün çıxacağıq. Başqa seçimimiz yoxdur. "Sabah" yaxşı komandadır. Olduqca baxımlı matç olacaq. Qalibiyyət üçün bacardığımızı edəcəyik. Məqsədimiz çempion olmaqdır. Bunun üçün sona kimi mübarizə aparacağıq”.

Azad NURİYEV, İstanbul




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30